Kia şirkəti həyat yolunun ortasında yenilənmədən keçirmiş Cerato modelinin eksteryer və interyer dizaynını açıqlayıb. Yenilənmiş modelin eksteryer və interyerində baş vermiş dəyişiklikləri Cənubi Koreyada satılan K3 versiyasının nümunəsində görmək olar. Hələlik yalnız şəkillər yayımlanıb: koreya markası texniki məlumatı aprel ayının sonunda keçiriləcək təqdimat zamanı açıqlayacaqdır.

Restaylinq prosesində avtomobil yenilənmiş ön tərəfə sahib olub: dərc edilmiş təsvirlərdə fərqli ön fənərlər və onlarla birləşdirilmiş daha nazik radiator barmaqlığı diqqəti çəkir.

Ön işıq texnikası Kia K5 modelinin üslubunda dönmə siqnallarına və gündüz hərəkət işıqlarının iki punktirli xəttinə sahib olub. Ön bamperdəki hava girişləri formasını üçbucaqlıya dəyişmiş, onların çərçivələri isə daha qabarıq olmuşdurlar.

Kia dizayerləri arxa bamperin tərtibatını bir qədər dəyişsələr də, arxa fənərlərə demək olar ki, müdaxilə etməyiblər: yalnız punktirli gündüz hərəkət işıqlarına bənzəyən naxış peyda olub. Son ştrix oval çərçivədən məhrum olmuş yeni Kia loqotipidir.

Modelin salon arxitekturası demək olar ki, dəyişməyib, lakin onun məzmunu yenilənib: multimedia sisteminin ekranının diaqonalı səkkizdən 10,25 düymə qədər artırılıb, yeni emblemə sahib olmuş sükan çarxının arxasında isə eyni ölçüdə rəqəmsal cihazlar paneli görünür. Bundan əlavə, klassik əl əyləci miniatür açar ilə əvəzlənmiş, stəkanaltıların forması isə dəyişdirilmişdir. Şəkildə göstərilən ikirəngli salon tərtibatı da yenidir.

Yenilənmiş modelin  mühərrik çeşidi barədə təsdiqlənmiş məlumat yoxdur. Çeşidə Kia Ceed ailəsindən tanış olan yeni 1,5-litrlik G4LH-5 “turbodördlüyünün” qoşulacağı  gözlənilir. Bu mühərrik 150 at qüvvəsi və 253 Nm fırlanma anı hasil edir. Eyni zamanda, sedan "ağıllı" iMT (Intelligent Manual Transmission) mexaniki trasnmissiyası ilə də təchiz edilə bilər.

Yenilənmiş Kia K3 modelinin Cənubi Koreyadakı təqdimatı  aprel ayının sonuna qədər baş tutmalıdır. Şirkət daha sonra digər bazarlar üçün nəzərdə tutulmuş yenilənmiş Cerato və Forte variantlarını təqdim edəcəkdir.