Koenigsegg şirkəti yazda keçiriləcək Cenevrə avtosalonunda Mission 500 prototipini nümayiş etdirməyi planlaşdırıb. Adında da göründüyü kimi, hiperkarın qarşısında Bugatti Chiron modelinin sürət rekordunu qirmaq və 500 km/saat həddini keçmək vəzifəsi durur.

TheSupercarBlog nəşrinin mənbələri rekord hiperkarının Jesko modelinin bazasında hazırlanacağını bildirib. Prototipin, hiperkarın başqa aerodinamik kuzov dəsti, təkmilləşdirilmiş mühərrik və yenidən tənizmlənmiş Light Speed Transmission (LST) “robotu” ilə təchiz edilmiş versiyasının olacağı da istisna edilmir. Hiperkar haqıında ətraflı məlumat təqdimatdan sonra veriləcəkdir.

Keçən ilin sentyabr ayında Bugatti Chiron modeli Volkswagen şirkətinin Era-Lessin poliqonunda 490,484 km/saat həddinə qədər sürətlənib və dünyanın ən sürətli seriya avtomobili adına layiq görülüb. Görünən oldur ki, Koenigsegg şirkətinin rəhbəri Kristian fon Köniqseqin bundan xoşlanmayıb və cavab olaraq Mission 500 modelini hazırlamaq qərarına gəlib.