Koenigsegg Regera hiperkarı 0-400-0 km/saat yarışında Rimac Nevera hiperkarını keçərək, yenidən rekorda imza atıb. 400 km/saata sürətlənmə, ardınca isə tam dayanmaq üçün superhibridə cəmi 28,81 saniyə gərək olub – bu, Nevera modelinin müvafiq göstəricisindən bir saniyə azdır. Eyni zamanda, Regera öz rekordunu yeniləyib. Buna Erebru hava limanının hamar uçuş-enmə zolağı, “yapışqan” Michelin şinləri və Koenigsegg Direct Drive transmissiyası sayəsində nail olunub.

Yerindən 400 km/saata qədər sürətlənmə və tam dayanmada rekordu yeniləmək üçün, Koenigsegg şirkətinə bir aydan az vaxt lazım olub. Superhibrid bu tapşırığı Regera Rimac Nevera hiperkarından 1,12 saniyə daha yeyin olmaqla 28,81 saniyəyə yerinə yetirib.

Eyni zamanda, “isveçli” ilkin sürətlənmədə də qalib gəlib: 21,31-ə qarşı 20,68 saniyə. Yarışlar Erebru hava limanının uçuş-enmə zolağında baş tutub və Nevera kimi, İsveç hiperkarı da homoloqasiya edilmiş Michelin Pilot Sport Cup 2R şinlərini alıb.

Regera, tərkibinə 5.0-litrlik V8 biturbo mühərriki, üç elektrik mühərriki, habelə unikal Koenigsegg Direct Drive transmissiyası daxil olan benzin-elektrik güc qurğusu ilə hərəkətə gəlir. Direct Drive transmissiyasının tərkibinə dəyişkən sürüməsi olan hidravlik mufta və sabit ötürmə nisbəti olan baş ötürmə daxildir. 

Güc qurğusunun ümumi hasilatı 1500 at qüvvəsi və 2000 Nm fırlanma anı təşkil edir. Sıfırdan 100 km/saata Regera 2,8 saniyəyə sürətlənir. Maksimal sürət 410 km/saatdır.

Karbon dövrünün hiperkarından fərqli olaraq, Rimac Nevera 1914 at qüvvəsi və 2360 Nm fırlanma anı hasil edən dörd elektrik mühərrikinə malikdir. Onlar karbon lifindən monokokun konstruksiyasına inteqrasiya edilmiş 120 kilovat-saatlıq batareya dəstindən enerji alırlar. Nevera yerindən 100 km/saata 1,97 saniyəyə, 300 km/saata isə 9,3 saniyəyə sürətlənir. Maksimal sürət də valehedicidir - 415 km/saat.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.