Lamborghini şirkəti Super Trofeo Omologata (STO) indeksinə malik olan Huracan superkarını təqdim edib. Şirkətdən yeni superkarın əcdadlarının Huracan Super Trofeo Evo və Huracan GT3 Evo yarış avtomobilləri olduğunu və onun yaradılmasında Squadra Corse zavod komandasının iştirak etdiyini bildiriblər.

Huracan STO modifikasiyası arxa ötürməlidir və tam idarələnən şassiyə malikdir. Superkarın V10 atmosfer mühərriki 640 at qüvvəsi və 565 Nm fırlanma anı hasil edir. Əlbəttə, bunu rekord göstəricisi saymaq olmaz, çünki Huracan  Performante modelində bu mühərrik 640 at qüvvəsi və 600 Nm təklif edirdi.  Superkarda aktiv aerodinamik elementlər də yoxdur. Bununla belə, italyanlar əsas üstünlüyü çəkinin azaldılmasına və mütərəqqi "statik" aerodinamikaya veriblər: bütün hava girişi sistemləri, spoylerlər və digər antiqanadlar tamamilə yenidir.

Eyni zamanda, STO modelində olan karbonplastik detalların sayı digər Huracan modellərində olduğundan daha çoxdur: xarici kuzov panellərinin 75 faizi, aerodinamik kuzov dəstinin (mühərrik bölməsinin üzərindəki kil-stabilizator da daxil olmaqla) və interyer detallarının əksəriyyəti karbondan hazırlanır. Ön qanadlar, bagaj qapağı və bamper bütöv bir hissədən hazırlanır: bütün ön panel tarixi Lamborghini Miura superkarında olduğu kimi irəli açılır.

Superkar alüminium təkər diskləri əvəzinə mərkəzi kilidi olan daha yüngül maqnezium təkər diskləri ilə təchiz edilib. Mediasistem ixtisara salınmış, ön şüşə isə standart variantdan daha incə və 20 faiz yüngüldür. Standart əyləclər karbon-saxsı diskləri olan Brembo CCM-R yarış mexanizmləri ilə əvəz edilibdir Nəticədə Lamborghini Huracan STO kupesinin quru çəkisi 1339 kiloqramdır, bu da Performante modifikasiyasında olduğundan 43 kiloqram azdır.

Superkarın asqı sistemi tamamilə yenidən tənizmlənibdir. Arxa təkər izi daha geniş olub. Bundan başqa, hərəkət elektronikası fərdi rejimlər dəstinə malik olub: STO, Trofeo və Pioggia. Birinci rejim standartdır, ikinci rejimdən trekdə, üçüncü rejimdən isə yağışlı havada istifadə etmək tövsiyyə olunur. Stabilizasiya sistemini tamamilə söndürmək mümkündür.

ArxaötürməliHuracan STO modeli, gözlənildiyi kimi, Huracan ailəsində ən yeyin model deyil: supercar 100 km/saat həddinə 3,0 saniyəyə, 200 km/saat həddinə isə 9,0 saniyəyə sürətlənir. Xatırladaq ki, tamötürməli Performante modelinin göstəriciləri müvafiq olaraq 2,9 və 8,9 saniyədir. Maksimal sürət də aşağıdır: 325 km/saata qarşı 310 km/saat.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

İtalyanlar, Huracan STO modelinin trek superkarlarının xiridarlarına xoş gələcəyini bildiriblər. Üstəlik, bu superkardan ümumi yollarda da istifadə etmək olar. Yeni Lamborghini Huracan STO modelinin satışlarına 2021-ci ilin yazında başlanmalıdır.