Lamborghini şirkəti 20 mininci Urus krossoverini buraxıb. Bənövşəyi Viola Mithras rənginə boyanmış kuzovu, qara rəngli əyləc supportları və panoram damı olan krossover ölkəmizdəki alıcıya göndəriləcəkdir.
2022-ci ilin birinci rübündə Lamborgini şirkəti rekorda imza atıb. İtalyan markası müştərilərə 2 539 avtomobil təhvil verib və bununla da, təkcə 2020-ci ilin (+31%) deyil, həm də 2021-ci ilin göstəricisini (+5%) keçib. Üç ay ərizndə, 16 illik istehsal müddəti ərizndə satılan Countach superkarlarından daha çox avtomobil satılıb. Satışların təxminən yarısını Lamborghini Urus krossoveri təşki edib. Modelin 2018-ci ildə satışa çıxmasına baxmayaraq, Lamborgini artıq yubileyi - “20 000” nömrəli avtomobilin buraxılışını qeyd edir.
Qara əyləc supportları və panoram damı olan bənövşəyi Viola Mithras rəngli Urus krossoveri Azərbaycana göndəriləcəkdir. Avtomobil 650 at qüvvəsi və 850 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 biturbo mühərriki və ANIMA idarəetmə rejimləri sistemi ilə təchiz edilib. Urus krossoveri 100 km/saat həddinə 3,6 saniyəyə, 200 km/saat həddinə isə 12,8 saniyəyə sürətlənir. Krossoverin maksimal sürəti 305 km/saatdır.
Şirkətin hesablamalarına görə, müştəri krossoverləri ümumilikdə 360 milyon kilometr məsafə qət ediblər. Bazara çıxmazdan öncə keçirilən “dünya turu” zamanı Urus krossoveri dörd ay ərzində 114 şəhəri ziyarət edib. Krossover Yaponiya və İslandiyaya yollanıb, Altaya, Sardiniya adasına və Portuqaliyanın Nazar çimərliyinə baş çəkib, dünyanın ən yüksək dağ yolu - Hindistandakı Umlin1 La (5798.251 m) aşırımını qət edib. 2021-ci ildə isə, Urus donmuş Baykal gölündə buz üzərindəki sürət rekorduna imza atıb.
Ancaq istehsala başlamazdan əvvəl Urus modeli üçün boya və lak örtükləri istehsal edən əlavə zavoda ehtiyac olub, buna görə də, Sant’Aqata Bolonyezedəki müəssisənin sahəsi bir neçə il ərzində iki dəfə artıb. Müəssisədə Sənaye 4.0 texnologiyaları tətbiq edilib və beş yüzdən çox yeni yüksək ixtisaslı əməkdaş işə götürülüb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.