Lucid Motors şirkəti Air modelinin sınaqlarında çəkilmiş videonu təqdim etmişdir. Dərc edilmiş videoçarxda elektromobil Ohayodakı 12 kilometrlik slnaq poliqonunda 350 km/saat həddinə kimi sürətlənməsi qeydə alınmışdır.

Lucid Air sedanı ümumi gücü 1000 at qüvvəsi olan iki elektromotorla hərəkətə gəlir. İstehsalçı Air modelini iki modifikasiyada – 100 kVt/saat və 130 kVt/saatlıq batareyalarla təklif edəcəkdir. Rəsmi məlumata görə, Lucid Air 100 km/saat həddini toplamağa 2,5 saniyə sərf edir. Onun maksimal yürüş məsafəsi isə 400 mil (643 km) olacaqdır.

Xatırladaq ki, Tesla Model S sedanı 312 mil (506 km) yürüş məsafəsinə malikdir. Bundan başqa, avtomobil yaxın və uzaq fəaliyyət məsafəsi olan radarlar, kameralar və Lidar sistemi ilə təchiz ediləcəkdir.  Bu o deməkdir ki, qarşımızdakı avtomobil avtonom idarəetmə sistemi ilə təchiz ediləcəkdir. Lakin, bu texnologiyaların nə zaman əlçatan olacağı bildirilməmişdir.

Təsvirlərdən də göründüyü kimi, Lucid Air eksteryerin və interyerin unikal dizaynını əldə etmişdir. Bir çox ekspertlər də avtomobilin futuristik dizayna malik olduğunu söyləyirlər. Avtomobil qısa ön və arxa çıxışlara,  işıqdiodlarından hazırlanmış nazik xəttli fənərlərə, panoram tavana, iri təkər disklərinə və xüsusi formalı yan güzgülərə malikdir.

Avtomobilin salonunda praktiki olaraq fiziki düymələrdən imtina edilmişdir. Air sedanının sistemləri iri sensor displeylər vasitəsi ilə idarə edilir. Bir çox premium avtomobillər kimi, yeni Lucid Air modeli də Amazon Echo və Siri səslə nəqliyyat vasitəsini idarə etməyə imkan verən əlavələr daxil olan yüklənilən sistemlərlə təchiz ediləcəkdir. Lucid Air son tendensiyaya uyğun olaraq rəqəmsal cihazlar panelinə malik olacaqdır. Mərkəzi konsolda isə məlumat-əyləncə kompleksinin iri displeyi quraşdırılacaqdır.

Lucid Motors şirkətindən verilən məlumata görə, Air modelinin istehsalı 2108-ci ildə başlayacaqdır. İlk 250 avtomobil maksimal təchizat səviyyəsində olacaq və 160 min dollardan satılacaqdır.  Sonradan avtomobilin daha əlçatan variantı da təklif ediləcəkdir.  Qeyd etmək lazımdır ki, Air modelinə sifarişlər qəbul edilməyə başlanmışdır. Avtomobil üçün 25 min dollar avans ödəmək gərəkdir. Onun istehsalı amerikan şirkətinin Arizonadakı zavodunda təşkil ediləcəkdir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt