Mitsubishi şirkət 14 yanvar tarixində Tokyoda işinə başlayacaq avtosalonda yeddi yeniliyi nümayiş etdirəcəkdir. Bu yeniliklərin arasında iki konsept – Vision Ralliart və K-EV X Style prototipləri də var.

Təqdimata sayılı günlər qalmış, yapon istehsalçısı bütün “debütantların” şəkillərini dərc edib. Qeyd etmək gərəkdir ki, bu şəkillərin arasında Vision Ralliart konseptinin rəsmi şəkilləri çoxluq təşkil edir. Konsept yenidən həyata qaytarılmış Ralliart idman bölməsinin gələcəyini nümayiş etdirməklə vəzifələndirilib.

Image alt Image alt Image alt Image alt Image alt

Yapon istehsalçısı Vision Ralliart konseptinin “ön və arxa bamperlər, habelə ön və arxa qanadların genişləndirilməsi sayəsində yaradılmış aydın görünən güclü formaları” olan krossover kimi təsvir edir. Avtomobilin idman xarakterinə pərdəsi olan radiator barmaqlığı və iri arxa diffuzor işarə edir. Konseptin kuzovu qara tutqun rəngə boyansa da, işıqda göy parıltıları da görmək olar.  

Konsept 22-düymlük təkərlərə, iri əyləc disklərinə və altıporşenli supportlara malikdir. Mitsubishi şirkətindən güclü mühərrikə də işarə ediblər - çox güman ki, bu aqreqat Outlander PHEV qoşulan hibridindən götürülmüş hibrid güc qurğusu olacaqdır. Xatırladaq ki, hibrid qurğunun tərkibinə 2,4-litrlik atmosfer mühərriki və iki elektrik mühərriki daxildir.

Image alt Image alt

Tokyo avtosalonunda nümayiş etdiriləcək ikinci konsept Mitsubishi K-EV X Style prototipidir. Bu, qabaqcıl sürücüyə yardım sistemləri ilə təchiz olunan elektrik key-karıdır. K-EV X Style ikirəngli kuzova malikdir – gövdə tutqun mavi, dam isə mis rənginə boyanıb.

Daha iki yenilik Ralliart kataloqundan olan aksessuarlarla təchiz edilmiş Outlander və Eclipse Cross modelləridir. Onlar standart versiyalardan ağ White Diamond rəngli kuzovları, qırmızı rəngli eksteryer elementləri və baqaj qapağındakı qırmızı rəngli spoylerləri ilə seçilirlər. Hər iki krossover qara rəngli disklərə və yan tərəfə vurulmuş Ralliart loqotipləri olan yapışdırmalara malikdirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Eyni zamanda, Mitsubishi şirkətinin Tokyo avtosalonundakı stendində Delica D:5 Tough x Tough (Ralliart akessuarları ilə), Ogawa firmasının əlavə avadanlığı (damdakı baqaj qutusu, yedək qurğusu və turist ləvazimatı) ilə təchiz edilmiş Outlander Wild Adventure Style xüsusi versiyasını və Minicab B-Leisure Style elektrik key-karını nümayiş etdirəcəklər.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.