Böyük Britaniyanın tanınmış tüninq firmalarından biri olan Kahn Design’a məxsus olan Chelsea CTruck Company atelyesi, Land Rover markasına aid olan yolsuzluq avtomobillərinin işlənib-hazırlanması ilə məşhurlaşmışdır. Atelye tərəfindən hazırlanan avtomobillər həm dizayn cəhətdən, həm də texniki cəhətdən dəyişikliklərə məruz qalır. Bu yaxınlarda şirkət əfsanəvi yolsuzluq avtomobillərindən biri olan Land Rover Defender 110 TDCI offrouder’nin işlənmiş variantını nümayiş etdirmişdir.

Qərbi Yorkşirin Bradford şəhərində yerləşən atelyenin mütəxəssisləri ilkin olaraq avtomobilin damını Volcanic Black Satin rənginə boyamışlar. Tamar Blue rənginə boyanmış avtomobil xrom haşiyəli gündüz işıqları, təkər tağlarının genişləndiriciləri və 235/85/16 şinləri ilə təchiz edilmiş xüsusi 16-düymlük disklərlə seçilir.

Disklərə baxan zaman əyləc sisteminin qırmızı rəngə boyanmış supportlarını görmək mümkündür.

Avtomobilin iç məkanı da şirkətin ənənəlirinə uyğun dəri və xüsusi parça ilə işlənmişdir. Bundan əlavə, salon yeni idmansayağı oturacaqlarla, alüminium örtüklü pedallarla təchiz edilir. İngilislər öz xidmətlərinin qiymətini 34720 funt-sterliq dəyərində qiymətləndirmişlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt