Formula 1 üzrə üçqat dünya çempionu Lyuis Həmilton məşhur «cimxana» ustası olan Ken Bloka məxsus olan drift üçün yaradılmış 845 at qüvvəli Ford Mustang avtomobilini almaq fikrinə düşmüşdür. Lakin, Auto und Motor Sport dərgisinin bildirdiyinə görə, alqı-satqı müəyyən səbəblərdən baş tutmamışdir. «Lyuis Həmilton mənim Mustang’ımı almaq istəyirdi. Amma avtomobilin qiymətini eşidən kimi, ona olan marağını itirdi», - deyə Ken Blok açıqlama vermişdir.

Hal-hazırda Həmilton McLaren P1 və Pagani Zonda kimi superkarların sahibidir. Ken Blok isə müasir idman avtomobillərini almağı planlaşdırmadığını bildirmişdir. Kenin fikrincə onun ralli avtomobilindən yavaş olan digər avtomobilə yüz minlərlə dollar xərcləməyin mənası yoxdur. 

Drift üçün nəzərdə tutulmuş Ford Mustang ASD Motorsport & RTR  şirkətinin xüsusi sifarişi əsasında yaradılmışdır. İstehsalına iki il sərf edilən avtomobil üçün nadir asqı və kuzov panelləri hazırlanmışdır. Tam ötürməli çəkiş sisteminə malik olan kupe, 845 at qüvvəsi olan 6,7-litrlik yarış mühərriki, Sadev firmasının altı pilləli sürətlər qutusu, hidravlik əl əyləci və pilotun tələb etdiyi tərkibdə hazırlanmış Pirelli şinləri ilə təchiz edilir.

Bu avtomobil Blokun «cimxanasının» yeddinci hissəsində çəkilmişdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt