Bildiyimiz kimi, bu il Volkswagen şirkəti Golf GTI modelinin 40 illk yubileyini qeyd etməyə hazırlaşır. Alman istehsalçısı bu əlamətdar hadisəni layiqincə qeyd etmək məqsədi ilə «bərkgedən» Golf GTI Clubsport S modelini hazırlamışdır. 2,0-litrlik TSI mühərriki ilə hərəkətə gələn «qaynar» hetçbek Nürburgring Nordschleife trekində öndən çəkişli avtomobillər üçün olan dünya rekordunu yeniləmişdir. Xatırladaq ki, əvvəlki rekord Honda Civic Type R hetçbekinə məxsus idi. Volkswagen Colf GTI Clubsport S modeli «Yaşıl cəhənnəm» adını alnış treki 7 dəqiqə 49,21 saniyəyə dövrə vuraraq Honda Civiv Type R modelinin 7 dəqiqə 50,53 saniyə vaxtını üstələmişdir.
Üçqapılı Colf GTI Clubsport S avtomobili aqressiv aerodinamik kuzov dəsti, tündləşdirilmiş arxa şüşələri, işıq diodlarından hazırlanmış gündüz hərəkət işıqları olan bi-ksenon fənərləri, nadir «Pretoria» adlı təkər diskləri və Michelin Pilot Sport Cup 2 təkərləri ilə təchiz edilmişdir. «Yubiley» VW Golf GTI Clubsport S modelinin kuzovu üç rəngə - Deep Black Pearl Effect, Pure White və Tornado Red çalarlarına boyana bilər.
«Yubiley» seriyasından olan avtomobillərdən cəmi 400 ədəd buraxmaq nəzərdə tutulmuşdur ki, bunların da 100 nüsxəsi Almaniyada satılacaqdır. Avtomobilin zahiri görkəmində olan idman cizgiləri onun interyerinə də siraət etmişdir. Belə ki, hetçbekin salonunda idman formalı yeni sükan çarxını, yüngülləşdirilmiş idman oturacaqlarını, qırmızı işləmələri olan təhlükəsizlik kəmərlərini və qara royal lakına bpyanmış örtmələri görmək olar.
Avtomobilin çəkisinin azaldıması məqsədi ilə, mərkəzi qoltuqaltından və arxa oturacaqlardan imtina edilmişdir. Əlavə olaraq, hetçbek yüngülləşdirilmiş akkumulyator, alüminiumdan hazırlanmış əyləc mexanizmləri və qabaq asqının çərçivəsi ilə təchiz edilir. Nürburqrinqin rekordçusu 310 at qüvvəsi gücü olan 2,0-litrlik dördsilindirli turbomühərriklə hərəkətə gəlir. Güc aqreqatı yeni yanacaq nasosu, idman tipli buraxılış sistemi və optimallaşdırılmış idarəetmə bloku ilə təchiz edilir. Turbomühərrik altı pilləli mexaniki sürətlər qutusu ilə birlikdə avtomobili 100 km/saniyə həddinə 5,3 saniyəyə sürətləndirir. Volkswagen Golf GTI Clubsport S modelinin maksimal sürəti 265 km/saatdır.