Şanxay avtosalonunun başlanmasına sayılı günlər qalır. Volkswagen şirkəti yeni modelin carçısı olan yeni konsepti təqdim etmişdir. Kupeşəkilli kuzova malik olan I.D.Crozz prototipi elektrik güc qurğusu, dördyerli salon və avtopilotla təchiz edilmişdir.

Yeni konsept I.D. prototiplərinin üçüncüsu sayılır – bundan öncə bu ad ilə hetçbek və miniven təqdim edilmişdi. Hər üç prototip alman istehsalçısının xüsusi olaraq elektromobillər üçün hazırladığı MEB modul platformasında yaradılmışdır. Yeni krossoverin zahiri görkəmində əvvəlki konseptlərin dizayn elementlərindən istifadə edilmişdir. Bununla belə, məhz bu krossoverə məxsus olan spoyleri və bütöv arxa fənəri qeyd etmək olar.

Krossoverin ön qapıları ənənəvi üsulla açılsa da, arxa qapıları isə geriyə sürüşdürülərək açılır. Eyni zamanda, I.D. Crozz modelinin orta dayağı yoxdur. Konseptin maraqlı elementlərindən biri LED işıqlandırması olan panoram tavandır.  Bu işqılandırmanın intensivliyini əl jestlərinin köməyi ilə dəyişmək də mümkündür.

I.D. Crozz modelinin salonunda demək olar ki, fiziki düymələr yoxdur. Minimalist üslubda yaradılmış interyerdə multimedia sisteminin 10,2-düymlük taçskrin displeyi və 5,8-düymlük rəqəmsal cihazlar panelini görmək mümkündür. Bundan başqa, sensorlu panellər qapılarda da quraşdırılmışdır.

Sürücü üçün artırılmış reallıq texnologiyasına malik olan proyeksiya displeyi nəzərdə tutulmuşdur.

Avtopilotun aktivləşməsindən sonra sükan çarxı ön panelə yığışdırılır. Bu zaman avtomobilin damından lazer skanerləri qalxaraq onun ətrafında gedən proseslərə nəzarəti təmin edir və eyni zamanda işıq texnikasının iş rejimi dəyişir.  Konsept 302 at qüvvəsi ümumi gücü olan iki elektromotorla hərəkətə gəlir. Ən güclü aqreqat isə arxada yerləşdirilmişdir ki, onun da 201 at qüvvəsi gücü vardır. Konseptin maksimal sürəti 180 km/saat təşkil edir.

Konseptin döşəməsinin altında 81 kilovat-saatlıq litium-ion batareyaalrı yerləşdiyilmişdir. Avtomobilin yürüş ehtiyatı 500 kilometrə bərabərdir. Batareyaların 80faizini 150-kilovatlıq DC qurğusu vasitəsi ilə 30 dəqiqəyə doldurmaq mümkündür. MEB platformasında yaradılan seriya avtomobilləri 2020-ci ildə işıq üzü görəcəkdir. 2025-ci ilə alman istehsalçısı elektromobillərin bir milyon ədədə çatdırmaq niyyətindədir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt