Citroen şirkəti C3 Aircross yığcam krossoverini təqdim etmişdir. Artıq bu ad altında qlobal model satılacaqdır. Əvvəllər bu adla Latin Amerikası üçün nəzərdə tutulmuş avtomobil satılırdı. Citroen C4 Cactus modelinin üslubunda hazırlanmış model eksteryerin 90 növ tərtibatına malikdir.

Yeni krossover C3 hetçbekinin bazasında yaradılmışdır və 20 millimetr artırılmış klirensə sahib olmuşdur. Krossoveri qabarit uzunluğu 4,15 metr, eni – 1,76 metr, hündürlüyü isə 1,64 metr təşkil edir. C3 Aircross modelinin tkər bazasının uzunluğu 2,6 metrdir. Yeni krossoverin baqaj bölümünün həcmi arxa oturacaqların quruluşundan asılı olaraq 410 – 520 litr arasında dəyişir.  İkinci cərgənin qatlanması halında baqajın həcmi 1289 litrə qədər artır.

Kuzovun səkkiz, damın və rəngli haşiyələrin dörd müxtəlif rəngi sayəsində krossover geniş fərdiləşdirmə imkanları təklif edir.  Bundan başqa, 16 və 17 düymlük təkər disklərindən də seçim etmək mümkündür. C3 Aircross modelinin interyerinin tərtibatı üçün beş rəng sxemi və müxtəlif materiallar təklif edilir.

Avropada avtomobil altı mühərriklə təklif ediləcəkdir. Daha iki mühərrik digər bazarlar üçün nəzərdə tutulmuşdur. İlk halda bunlar PureTech ailəsindən olan 82, 110 və 130 at qüvvəsi təklif edən üç silindrli benzin, həmçinin 100 və 120 at qüvvəli dizel güc aqreqatlarıdır. Avropadan kənarda avtomobil 110 at qüvvəli benzin və 90 at qüvvəli dizel mühərrikləri ilə təklif ediləcəkdir. Ötürmələr qutusu isə, beş pilləli mexaniki və altı pilləli avtomatik qutularla təmsil edilmişdirlər.

Citroen C3 Aircross modeli yalnız öndən çəkiş sistemi ilə təchiz ediləcəkdir. Mürəkkəb yol şəraitində hərəkət etmək üçün beş iş rejimi olan Grip Control sistemi nəzərdə tutulmuşdur. Grip Control yol səthindən asılı olaraq stabilizasiya sisteminin və trekşn-kontrolun alqoritmlərini dəyişir. Son tendensiyalara uyğun olaraq, yeni krossover ən müasir aktiv və passiv təhlükəsizlik sistemləri ilə təchiz edilir.

C3 Aircross Apple CarPlay və Android Auto funksiyalarını dəstəkləyən 7-düymlük sensorlu ekranı olan multimedia sistemi ilə də təklif edilir.

Citroen C3 Aircross krossoverinin satışlarına bu ilin ikinci yarısında başlanacaqdır. Sonra modelin digər bazarlarda satışlarına start veriləcəkdir.  

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt