ABŞ-da yaşayan ailə Tesla şirkətindən sahib olduqları Model X krossoverinin tam dəyərini geri qaytarmasını tələb etmişdir. Səbəb kimi, avtomobilin “şahin qanadları” adlı arxa qapılarının şossedə hərəkət zamanı öz-özünə açılmasıdır. Hadisə baş verən zaman arxa oturacaqda altı yaşlı uşaq əyləşibmiş. Avtomobil sahiblərinin məktubu Reddit saytında dərc edilmişdir.

Ailə Tesla Model X krossoverini 2015-ci ildə sifariş etsə də, onu iki il sonra almışdırlar. Krossover ilk günlərdən sahiblərinə problem yaşatmağa başlamışdır. Avtomobilin proqram təminatı yenilənmə tələb edir, alın şüşəsi yüyücüsunun kiçik su bakı sınıbmış. Yanvar ayında sahibləri avtomobilin sol arxa qapısından gələn səsi qeydə almış və servisə müraciət etmişdirlər. Baxış zamanı qapının sıxlaşdırıcı rezininin defektli olduğu müəyyənləşdirilmişdir. Bu problem aradan qaldırıldıqdan sonra, 28 yanvardan başlayaraq arxa qapı ümumiyyətlə açılmaqdan imtina etmişdir. Krossover yenidən servisə gətirilmiş və təmir edilmişdir. Eyni zamanda, diler avtomobilin sahiblərinə bir illik pulsuz xidmət təklif etmişdir.

Problem 23 apreldə yenidən təkrar olunmuşdur. İki gün sonra krossoverin təmir olunduğu söylənilsə də, yoxlama zamanı problemin aktual olduğu aşkar edilmişdir.

Bu ayın əvvəlində şossedə 65 mil/saat sürəti ilə hərəkət zamanı nasaz qapı birdən açılmağa başlamışdır. Bu səbəbdən də krossoverin sahibi avtomobilin alınmasına sərf edilən məbləği qaytarmağı tələb edir. Qeyd etmək lazımdır ki, bu Tesla şirkətinə qarşı yönəldilmiş ilk iddia tələbi deyildir. Əvvəllər şirkətə qarşı avtonom idarəetmə sisteminin nasaz olması ilə əlaqədar iddialar sürülmüşdür.