Land Rover şirkəti Range Rover modelləri üçün Special Vehicle Operations (SVO) bölməsi tərəfindən hazırlanmış Design Pach dizayner dəstini təqdim etmişdir. Koventridə hazırlanmış bu dəsti istənilən Range Rover modeli üçün, istənilən bazarda sifariş etmək mümkündür.

Bu dəstin tərkibinə yeni ön və arxa bamperlər, radiator barmaqlığı və müxtəlif dizayna malik olan yan ətəklər daxildir. İstehsalçı bu dəstin avtomobil həvəskarlarını gələcəkdə maraqlandıracağından əmindir. Hazırda Land Rover şirkəti bu yaxınlarda təqdim edəcəyi hybrid güc aqreqatı ilə təchiz edilmiş Range Rover modelinin sınaqlarını keçirir.

Bu prototip bəzi dizayn elementləri ilə mövcud olan modeldən fərqlənir.

Eyni zamanda, SVO mütəxəssisləri Design Pack dəstinin elementlərinin haşiyələri üçün Atlas, Dark Atlas, Graphite Atlas və Gloss Black rənglərdən istifadə etməyi təklif edirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt