AvtoVAZ şirkəti Lada Vesta modelinin universal (SW) və onun bütün yollar üçün olan modifikasiyası Vesta SW Cross modifikasiyasını təqdim edib.Qeyd etmək lazımdır ki, Lada Vesta Cross universalının klirensi 203 millimetr təşkil edir.

Lada Vesta SW modelinin qabarit uzunluğu 4410 millimetr, eni - 1764 millimetr, hündürlüyü - 1512 millimetr, təkər bazasının uzunluğu isə 2635 millimetr təşkil edir. Əlavə kuzov elementlərinə sahib olan Vesta SW Cross modifikasiyası adi universaldan 14 millimetr uzun və 21 millimetr enlidir.  Universalın klirensi 178 millimetrə bərabərdir.  Hal-hazırda AvtoVAZ yalnız avtomobillərin fotoşəkillərini dərc etməklə kifayətlənib. Avtomobillərin texniki içalatı barədə məlumat verilməsə də, universalın baqaj qapağında  «1.8» emblemini görmək mümkündür. Əslində avtomobillərin texniki tərəfi barədə elə də geniş məlumata ehtiyac yoxdur. Mühərrik çeşidinin və ötürmələr qutularının Vesta sedanı ilə eyni olacağı şübhə doğurmur.

Bildiyimiz kimi, Lada Vesta modeli 106 at qüvvəli 1,6-litrlik və 122 at qüvvəli 1,8-litrlik dörd silindrli benzin mühərrikləri ilə təklif edilir. Ötürmələr qutuları isə mexaniki və robotlaşdırılmış qutulardır. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt