Bu gün Meksikanın Autologia saytı növbəti nəsil Volkswagen Jetta sedanının cəsus şəkillərini dərc edib. Lakin, sonradan bu şəkillər silinibdir. Lakin, Indıanautosblog saytı bu şəkilləri köçürmək şansına malik olub.

Şəkillərdə Jetta modelinin amerika bazarı üçün nəzərdə tutulan sadə variantıdır. Bunu rənglənməmiş qapı dəstəklərindən və qara sadə təkər disklərindən bilmək olar. Avtomobilin ön tərəfinin dizaynı kupeşəkilli Arteon modelinin üslubunda həll edilib. Bu model artıq yeddi il satılan altıncı nəsil Jetta avtomobilini əvəz edəcəkdir. İlkin məlumata görə, növbəti Jetta modeli MQB modul platformasında yaradılacaq və sələfindən uzun olacaqdır. Amerika bazarı üçün nəzərdə tutulan model 1.4 və 2.0 TSI mühərrikləri ilə təchiz ediləcəkdir. Başqa bazarlarda isə, VW Jetta 1.5 və 1.6-litrlik güc aqreqatları ilə təklif ediləcəkdir.

Yeni Jetta əvvəlki kimi Volkswagen şirkətinin Meksikadakı zavodunda yığılacaqdır. ABŞ üçün nəzərdə tutulan avtomobillərin istehsalına dekabr ayında başlanacaqdır.

Image alt Image alt Image alt