Əlbəttə ki, Frankfurtda Bentley stendinin ulduzu yeni nəsil Continental GT kupesi olacaqdır. Lakin, bu həmin stenddə yalnız bu kupenin sərgilənəcəyinə dəlalət etmir. Böyük Britaniyadan olan dəbdəbəli avtomobillər istehsalçısı bu nüfuzlu sərgidə üç maraqlı yenilik nümayiş etdirəcəkdir.

Bunlardan başlıcası artıq qeyd etdiyimiz kimi, yeni nəsil Continental GT kupesi olacaqdır. Digər iki model isə Bentley Bentayga krossoverinin xüsusi modifikasiyası , həmçinin Mulliner atelyesi tərəfindən hazırlanmış Design Series seriyasından olan Bentley Mulsanne bayraqdar sedanı olacaq. 

Mulliner atelyesi tərəfindən hazırlanmış Bentley Mulsanne sedanı Frankfurta bol şəkildə karbondan olan  elementlər ilə təşrif buyuracaqdır.  İstehsalçı bu elementlərin yaradılması zamanı, mütəxəssislərin  yüksək texnologiyalı idman paltarlarından ilham alındığı bildirilib.

Beləliklə, Design Series seriyasından olan sedanın  interyerində boz və qara rənglərdən ibarət tünd çalarlar hökmüranlıq sürür . King Fisher, Metallic Bronze və Metallic Silver adlı karbon işləmərdən seçərək bu möhtəşəmliyi tamamlamaq, artıq müştərinin ixtiyarına verilib.

Tünd elementlərdən avtomobilin eksteryerində də bolluca istifadə edilib: radiator barmaqlığının tilləri, pəncərə haşiyələri, yan hava girişləri və kapotun üzərindəki "Flying B" embleminə kimi hər şey qara rəngə boyanmışdır. Bu tərtibatı 21-düymlük iki rəngli Speed təkər diskləri tamamalayır.

Image alt Image alt Image alt Image alt