Almaniyadan olan Posaidon tüninq atelyesi Mercedes-AMG G63 ofroderi üçün yeni tüninq proqramını təqdim edib. Alman tünerlər “uçan kərpicin” güc aqreqatını, transmissiyasını, şassisini və eksteryerini təkmilləşdirməyi təklif edir.

İlk növbədə, alman mütəxəssisləri yolsuzluq avtomobilinin 5,5-litrlik V8 biturbo mühərrikinin üzərində çalışıblar. Mütəxəssislərin müdaxiləsindən sonra mühərrikin gücü 571 at qüvvəsindən 850 at qüvvəsinə, fırlanma anı isə 760 Nm-dən 1350 Nm-ə qədər yüksəlib.  Belə yüksək məhsuldarlığa nail olmaq üçün atelye mühəndisləri mühərrikini idarəemə blokunu yenidən proqramlaşdırıb, ötürmələr qutusunun içalatını isə tamamilə dəyişdiribdirlər.

Avtomobilin şassisi də yenidən gözdən keçirilibdir. Adaptiv asqı sistemi üç yeni funksiya ilə təchiz edilibdir. Bundan başqa, tünerlər avtomobil üçün unikal 22 düymlük təkər disklərini hazırlayıbdırlar. 

"Crazy Color Edition" Solar Beam Yellow rənginə boyanmış kuzov qara rəngli disklər və qızılı rəngli əyləc supportları ilə birlikdə avtomobilə xüsusi cəlbedicilik bəxş edib. Ofroderin salonunda sarı rəngli tikişləri və karbondan hazırlanış işləmələri görmək olar.

Posaidon G63 RS 850 adını almış ofroder 100 km/saat həddinə 3,6 saniyəyə sürətlənir və 285 km/saat maksimal sürət həddinə malikdir. Təkmilləşdirmələrin qiyməti atelye tərəfindən açıqlanmayıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt