Acura "Payks Pik" yarışıları üçün dörd avtomobil hazırlayıb

Acura şirkəti Amerikada keçirilən nüfuzlu “Payks Pik” dağ yarışında iştirak etmək niyyətindədir. Bu məqsədlə yapon markası dörd müxtəlif modeli hazırlayıb. Bunlar NSX hibridi, TLX sedanları və RDX krossoveridir.

Zavod tərəfindəzn xüsusi olaraq hazırlanmış dörd avtomobildən ən ciddi yeniliklər almış model TLX GT sedanıdır. Bu “açıq” kateqoriyadan olan avtomobili seriya modeli ilə bənzər edən yalnız onun görkəmi və kuzovun mərkəzi hissəsidir. Tam çəkişli avtomobil RealTime Racing kollektivi tərəfindən hazırlanmışdır. Onun sükanı arxasına isə komandanın sahibi və pilot Piter Kanningem keçəcəkdir. Qalan avtomobillər isə seriya modellərinə daha yaxındırlar və Honda şirkətinin amerikan bölməsinin mühəndisləri tərəfindən hazırlanıbdırlar.

Acura TLX GT sedanının ön hissəi borulardan olan ramaaltında yığılıbdır. Onun asqılarının konstruksiyası tamamilə orijinaldır, 600 at qüvvəsinə malik olan 3,5-litrlik V6 mühərriki isə uzununa yerləşdirilibdir. Güc aqreqatı Xtrac yarış transmissiyası ilə tandemdə çalışır.

Keçən il Kanningem bu avtomobildə dağ trekini 9 dəqiqə 33,797 saniyəyə qət etmişdir. O, “Open” kateqoriyasında birinci, ümumi birincilikdə isə ikinci olmuşdur.

Acura TLX GT

Xarici cəhətdən GT modelinə bənzəyən, həmçinin iri antiqanada və ön splitterə malik olan Acura TLX A-Spec modeli demək olar ki, seriya modelidir. Avtomobil turboüfürmə ilə gücləndirilmiş  gücləndirilmiş mühərrikə və özüqapanan differensiala sahib olub. 3,5-litrlik V6 mühərrikinin gücü 500 at qüvvəsi təşkil edir. Exibition kateqoriyasında çıxış edəcək avtomobili Honda şirkətinin mühəndis Nik Robinson idarə edəcəkdir. O, beşinci dəfədir ki, “Payks Pik” yarışlarında iştirak edir.

Acura NSX modeli seriya avtomobili ilə eyni cəhətlərə malikdir. Bu səbəbdən də onu Time Attack 1 sinfinə aid ediblər. Avtomobilin kuzovu və güc aqreqatı dəyişilməz qalıb. Lakin, onun mühərrikini məhsuldarlığı artırılmış turbokompressorlarla təchiz ediblər. Bundan əlavə kuzov yüngülləşdirilmiş, aerodinamik dayağı isə iri arxa antiqanadla və ön splitterlə təchiz edilmişdir. Kupeni Honda mühəndisi Ceyms Robinson (Nik Robinsonun qardaşı) idarə edəcəkdir. Ceyms səkkizinci dəfədir ki bu yarışlarda iştirak edir.

Acura NSX

Nəhayət, bu üçlükdə ən qəribə və sonuncu avtomobil RDX krossoveridir.  Krossoverin 2,0-litrlik mühərrikinin gücü 350 at qüvvəsinə qədər artırılıb. Bundan başqa, elektrokompressoru əlavə etməklə onu “yumşaq” hibridə çeviriblər.  Avtomobil texniki cəhətədən dəyişməyib.

Yeganə yenilik arxa oxa daha çox fırlanma anı ötürən tam çəkiş sisteminin yenilənmiş proqram təminatıdır.Krossover də Exibition sinfində çıxış edəcəkdir. Onun sükanı arxasına Honda şirkətində əyləc sistemlərinə cavabdeh olan mühəndis və həvəskar rallist Cordan Gitar oturacaqdır.

ДРУГИЕ СТАТЬИ