BMW avtomobillərinin tüninqi ilə məşhurlaşmış AC Schnitzer atelyesi Jaguar F-Pace krossoverini tüninq etmək qərarına gəlmişdir. Bildiyimiz kimi, atelye bü günə qədər yalnız BMW, MINI və Land Rover markasından olan avtomobillərlə məşğul olmuşdur.

Jaguar F-Pace modeli üçün alman tünerlər bir sıra incə yeniliklər hazırlamışdırlar ki, bunların arasında da yeni ön paneli və damda quraşırılan spoylerlə uyğunlaşdırılmış antiqanadı qeyd etmək olar. Bununla barəbər, krossover 265/40 ölçülü təkələr ilə təchiz edilmiş i22-düymlük AC2 təkər disklərini əldə etmişdir.

Təkər disklərini qara-gümüşü və qara-boz tərtibatda sifariş etmək mümkündür.

Avtomobilin interyerində ciddi dəyişiklik olmamışdır. Krossover yeni ayaqaltılar və açar breloku ilə təchiz edilmişdir.

Bundan başqa, avtomobil 2,0 və 3,0-litrlik dizel mühərrikləri üçün də əlçatan olan paslanmayan poladdan hazırlanmış buraxılış sistemini əldə etmişdir. Tünerlər avtomobilin klirensini öndə 20 millimetr, arxada isə 25 millimetr azaltmışdırlar ki, bu da idarəolunmaya müsbət təsir göstərmişdir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt