Alman avtomobil istehsalcıları olan Audi, BMW və Daimler şirkəti 5G rabitə standartını inkişaf etdirmək üçün öz səylərini birləşdirmək qərarına gəlmişdirlər. Bu texnologiya avtomobillərə öz aralarında “danışmaq” və yol infrastrukturunun digər obyektləri ilə qarşılıqlı əlaqə yaratmaq imkanı verəcəkdir. Layihənin digər tərəfdaşları Ericsson, Huawei, Intel və Qualcomm şirkətləridir.

Bu ittifaqın başlıca məqsədi “əsas texniki və normativ məsələlərin” həlli yollarının təyin edilməsidir.  Ehtimal edilir ki, yeni texnologia avtomobillər bir şəbəkədə birləşərək, pilotsuz avtomobillərə ictimai yollarda sərbəst hərəkət etmək imkanı yaradacaqdır. Bununla bərabər tərəfdaşlar yeni lahiyənin hər kəs üçün açıq olduğunu da bildirmişdirlər.

2015-ci ilin avqust ayında  Audi, BMW və Daimler şirkətləri Nokia şirkətinin HERE kartoqrafiya xidmətini satın almışdırlar. Bu sövdələşmənin dəyəri 2,8 milyard avro təşkil etmişdir. HERE alman konsernlərinə avtonom idarə etmə ilə təchiz edilmiş avtomobillərin istehsalında gərək olan texnologiyaları əldə etmək imkanı verməlidir. 

2016-cı ilin aprel ayında BMW, Intel və MobilEye şirkətlərio “pilotsuz koalisyaya” qoşulmuşdurlar. Bu ilin iyulunda buna bənzər və Self-Driving Coalition for Safer Streets adlanan ittifaqa Ford, Volvo və Google, həmçinin Uber və Lyft taksi xidmətləri birləşmişdirlər.