Bu gün Peugeot şirkəti 3008 krossoverinin üçüncü nəslini təqdim edib. Fransızların modelin yenidən doğulduğunu iddia edirlər. Əgər hazırkı 3008, yeddi illik istehsal müddəti ərzində 1,32 milyon nüsxədən çox satılan daxili yanma mühərrikli klassik krossoverdirsə, yeni 3008 artıq fastbək kuzovlu elektrik (ilk növbədə) kross-kupedir.

Üçüncü nəsil Peugeot 3008 krossoveri Stellantis konserninin yeni STLA Medium platformasına əsaslanan ilk seriya modelidır. Peugeot yeni modelin əsas xüsusiyyətlərinin cəlbedicilik, səmərəlilik və idarəetmə həzzi olduğunu bildirir.

Yeni Peugeot 3008 sələfindən nəzərəçarpacaq dərəcədə böyükdür - onun uzunluğu 95 millimetr (4542 millimetr), eni - 54 millimetr (1895 millimetr), hündürlüyü isə 21 millimetr (1641 millimetr) artıb. Təkər bazası da 64 millimetr artaraq 2739 millimetrə çatıb. Bununla belə, krossoverin klirensi, əksinə, azalıb: əvvəlki nəsildəki 219 millimetr əvəzinə 198 millimetr.

Zahiri cəhətdən yeni model Peugeot şirkətinin firma dizayn üslubunda hazırlanıb. Kupeşəkilli profilin seçilməsi təkcə müasir tendensiyalar ilə deyil, həm də aerodinamika ilə müəyyən edilir. Yeni kross-liftbəkin aerodinamik müqavimət əmsalı Cd 0,28-ə bərabərdir. Xatırladaq ki, əvvəlki nəsildə bu göstərici 0,30 idi. Ekspressiv ön fənərlər hətta baza versiyasında belə işıqdiodlarından olacaq, halogen fənərlərdən tamamilə imtina edilib.

İnteryerdəki əsas diqqətçəkən elementlər nəhəng ikimərtəbəli mərkəzi tunel və Panoramic i-Cockpit adlı yeni interyer arxitekturasının ilk seriya təcəssümü olan sensorlu paneldir. Cihazlar paneli və media sistemin iki ayrı displeyinin əvəzinə sürücünün qarşısında bütöv 21-düymlük sensorlu ekran var.

Ancaq belə panel yalnız bahalı versiyalarda olacaq, baza krossoveri isə, iki 10-düymlük displey ilə təklif ediləcəkdir. Mərkəzi konsolda müxtəlif menyu bölmələrinə aparan bir neçə sensorlu düyməsi olan sensorlu panel var. Qeyd etmək gərəkdir ki, "qaynar" düymələri istəyə uyğun olaraq tənzimləmək mümkündür.

Bir çox avtomobil istehsalçıları transmissiyanın selektorunu sağ sükanaltı dəstəyə köçürdükləri halda, Peugeot bunu özünəməxsus yolla həyata keçirmək qərarına gəlib: kiçik selektor mərkəzi tuneldən ön panelə keçib və işəsalma düyməsinin yanında yerləşirdirilib. Mexaniki transmissiyadan tamamilə imtina edilməsi dizaynerlərə daha çox sərbəstlik verib: bundan sonra 3008 modeli yalnız iki pedallı olacaq.

Fransız istehsalçısı Peugeot E-3008 elektrik modifikasiyasına xüsusi önəm verir. O, 400 voltluq elektrik sisteminə malikdir və mühərrikin gücünü göstərən rəqəmsal indekslərlə işarələnmiş üç modifikasiyada təklif edilir.

 Peugeot E-3008 Electric 210 baza versiyası ön oxda bir elektrik mühərriki (210 at qüvvəsi, 343 Nm) və 73 kilovat-saatlıq dartma batareyası ilə təchiz olunur. 100 km/saata 8,7 saniyəyə sürətlənən krossover təxminən 525 kilometr (WLTP) qət edə bilər. Electric 230 Long Range versiyası (230 at qüvvəsi, 343 Nm) 98 kilovat-saatlıq batareyaya və ən böyük yürüş ehtiyatına (700 kilometr) malikdir. Belə krossover 100 km/saata 8,9 saniyəyə sürətlənir.

Üçüncü modifikasiya Electric 320 Dual Motor AWD versiyasıdır – o, iki elektrik mühərrikinə və müvafiq olaraq tam ötürməyə malikdir. 320 at qüvvəli güc qurğusunun ümumi fırlanma anı 509 Nm-ə çatır, 100 km/saat sürətlənməyə 6,4 saniyə çəkir, yürüş ehtiyatı isə 525 kilometrə bərabərdir. 

Ön ötürməli avtomobillər üçün maksimal sürət 170 km/saat, Dual Motor AWD versiyası üçün isə 180 km/saatdır. Baqajın həcmi mühərriklərin sayından asılıdır: ön ötürməli versiyalarda - 520 litr,  tam ötürməli versiyalarda isə, 470 litr. Maraqlı bir fakt: akkumulyator batareyaları üçün hüceyrələri birbaşa Çindən,  BYD şirkəti tərəfindən təmin edilir! Sonradan fransızlar Avropadakı ACC birgə müəssisəsinin (buraya Stellantis, Mercedes-Benz və TotalEnergies daxildir) komponentlərinə keçməyi planlaşdırır.

Yeni STLA Medium platforması, adından da göründüyü kimi, Stellantis konserninin orta sinif avtomobilləri üçün nəzərdə tutulub. Yeni platformanın ön tərəfində adi McPherson dayağı, çoxqollu asqı (ötürmə növündən asılı olmayaraq) quraşdırılır. Lakin daxiliyanma mühərrikli versiyaların şassisi barədə hələlik heç bir məlumat verilməyib. Xatırladaq ki, əvvəlki nəsildə yarımüstəqil asqı yalnız hibrid versiyasında quraşdırılırdı, adi krossoverlər isə, yarı asılı burulan tirə malik idilər.

Daxili yanma mühərrikli üç versiya olacaqdır ki, onlardan ikisi hibriddir. Kiçik güc aqreqatı, bir il əvvəl əvvəlki nəsildə debüt etmiş 1,2-litrlik “turboüçlük” və 48 voltluq elektrik mühərrikinin birləşməsindən ibarət olacaq. Bu, heç də “yumşaq” hibrid deyil: elektrik mühərriki 6-pilləli Punch Powertrain “robotuna” quraşdırılıb. Qurğunun ümumi gücü 136 at qüvvəsidir. İkinci versiya 1,6-litrlik “turbodördlüyə” malik olan 195 at qüvvəli təkrar doldurulan hibriddir. Transmissiya - Punch Powertrain qutusudur, lakin onun artıq altı deyil, yeddi pilləsi var.

Ən mühafizəkar Peugeot 3008 modeli 180 at qüvvəli 1,6-litrlik turbo mühərrik və klassik 6-pilləli EAT6 “avtomatı” ilə təchiz edilir. Lakin belə krossover Avropada satılmayacaq. Bəs dizel? Yeni Peugeot 3008 ağır yanacaqla işləyən mühərrik ilə ümumiyyətlə təklif olunmayacaq.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni krossover iki təchizat səviyyəsində təklif olunur - Allure (19-düymlük təkər diskləri və salonun qarışıq tərtibatı) və GT (20-düymlük təkər diskləri, Panoramic i-Cockpit paneli, alkantara ilə tərtibat, qara tavan, ön parkinq sensorları).

Avropadakı satışlara 2024-cü ilin fevral ayının sonunda başlanılmalıdır. Electric 210 və 1.2 Hybrid versiyaları bazara ilk çıxanlar olacaq. Qalan modifikasiyalar 2024-cü ilin sonu və ya 2025-ci ilin əvvəlində satışa çıxarılacaqlar. İstehsalçı tövsiyə olunan pərakəndə satış qiymətlərini açıqlamasa da, fransız mətbuatı elektrik krossoverinin baza versiyasının 40 min avroya satılacağını ehtimal edir. Hazırda benzin mühərrikinə və mexaniki transmissiyaya malik olan 3008 modeli Fransada 33.560 avroya satılır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.