Məşhur Pininfarina studiyası Cenevrə avtosalonunda nümayiş etdirəcəyi H600 konseptinin yeni tizerlərini dərc etmişdir. Bu konsept Honq-Konqdan olan Hybrid Kinetic Group şirkətinin sifarişi ilə hazırlanmışdır. Yeni tizerlərdə avtomobilin ön hissəsinin dizaynı və interyerinin bir hissəsi nümayiş etdirilir.

Qeyd etmək lazımdır ki, H600 premium sedanının ön hissəsi maraqlı formalı radiator barmaqlığına və orijinal işıqdioadlarından hazırlanmış fənərlərə sahibdir. İkinci tizerdə avtomobilin rəqəmsal cihazlar paneli, multimedia sisteminin iri sensorlu displeyi və analoq saatı təsvir edilmişdir. Bundan başqa, orijinal sükan çarxını da qeyd etmək olar. Avtomobil haqqında ətraflı məlumat verilməsə də Hybrid Kinetic Group nümayəndələri onun «eleqant və rahat dəbdəbəli sedan» olduğunu və «yeni növ enerji ilə çalışan güc qurğusuna» malik olduğunu bildirmişdirlər. Honq-Konq şirkətinin elektrik mühərrikləri, akkumulyatorlar və qrafenin əsasında olan texnologiyalarla, həmçinin ekeloji təmiz avtobuslarla məşğul olduğu məlumdur. Bundan başqa, Pininfarina şirkəti məşhur dünya çempionu Emerson Fittipaldinin sifarişi hazırladığı superkarı da Cenevrədə nümayiş etdirəcəkdir.

Image alt Image alt Image alt