Bu gün Hunqarorinqdə keçiriləcək 16-cı yarışın sıralama turlarında yenidən Edoardo Mortara poul pozişnə sahib olmuşdur. Audi komandasının italyan pilotu 1:34,984 zamanla dövrəni başa vuraraq bu günki yarışda birinci yerdən start almaq hüququnu əldə etmişdir.

Bu gün keçirilən sıralama turlarında BMW komandasını pilotları bir qədər aktiv iştirak etmişdirlər. Bavariya istehsalçısının komandası il onluqda üç pilotla təmsil olunmağa müvəffəq olmuşdurlar. Belə ki, çempionatın lideri Marko Vittmann üçüncü nəticəni göstərərək bu günki yarışda Ceymi Qrinlə (Audi) birgə ikinci cərgədən start alacaqdır. Onun komanda yoldaşları Maksim Marten və Tom Blomkvist müvafiq olaraq altıncı və yeddinci yerdən yarışı baçlayacaqdırlar. Audi pilotları Migel Molina beşinci yerdən, Niko Müller doqquzuncu, Ədriən Tambe isə onuncu yerdən start alacaqdırlar. İlk onluğa daxil olmağı bacarmış yeganə Mercedes-Benz komandasının pilotu Robert Uikkens yarışa səkkizinci olaraq başlayacaqdır. Sıralamadan da göründüyü kimi, bu günki yarışda əsas mübarizə Audi və BMW komandalarının arasında getməlidir. Hər halda qabaqda bizi maraqlı yarış gözləyir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt