Jaguar şirkəti ən güclü modelini – XE sedanının SV Project 8 adlı trek variantını təqdim edib. Avtomobil karbondan hazırlanmış kuzov panellərinə və 600 at qüvvəli mühərrikə sahib olub.

Yeni avtomobil Jaguar Land Rover alyansının Special Vehicle Operations (SVO) bölməsi tərəfindən hazırlanıb. Sedan karbondan hazırlanmış bamper, kapot, 19 millimetr genişləndirilmiş ön qanadları, yan “ətəkləri”, tənzimlənən ön splitteri, arxa diffuzoru və iki vəziyyətdə tənzimlənən arxa antiqanadı əldə edib.

Əlavə olaraq, südan 55 millimetr genişləndirilmiş və alüminiumdan hazırlanmış  arxa qanadlara, arxa qapılara, həmçinin tam hamar altlığa sahib olub.  Ən güclü Jaguar beş litrlik kompressorlu səkkiz silindrli mühərriklə hərəkətə gəlir.

Güc aqreqatı 600 at qüvvəsi və 700 Nm fırlanma anı hasil edir. Mühərrik səkkiz pilləli avtomatik ötürmələr qutusu, həmçinin aktiv differensialı və elektron idarəetməsi olan tam çəkiş sistemi ilə tandemdə çalışır. Yerindən 100 km/saat həddinə sedan 3.3 saniyəyə sürətlənir. Onun maksimal sürəti isə 320 km/saatdır.

Avtomobil 1745 kiloqramç çəkiyə malikdir.  Çəkiyə qənaət etmək üçün, karbon və alüminium panellərlə yanaşı, titandan hazırlanmış buraxılış sistemi, maqnezium qarışığından düzəldilən oturacaq karkaslarından,  saxsı diyircəyindən və silisium nitridindən hazırlanmış təkər disklərindən istifadə edilib. Bunlar öz növbəsində ressoraltı çəkini azalmağa imkan verib.

Sedan öndə 265/35, arxada isə 305/30 şinləri ilə təchiz edilmiş 20-düymlük təkər diskləri ilə təchiz edilib. Lakin, bu hələ də son deyildir. Jaguar XE SV Procejt 8 modelini trek idman dəsti ilə təchiz edərək daha da yüngülləşdirmək mümkündür. Belə avtomobillərdə arxa oturacaqlarda imtina edilmiş və öndə dördnöqtəli təhlükəsizlik kəmərləri olan karbon oturacaqlar quraşdırılacaqdır.

Bundan başqa, sedanın təkər izi genişləndirilmiş, digər yaylar quraşdırılmış, tənzimlənən amortizatorlar və öndə 400, arxada isə 396 millimetrlik diskləri olan karbon-saxsı əyləc mexanizmləri quraşdırılmışdır. Eyni zamanda, trek rejimi işə salınan zaman avtomobilin klirensi 15 millimetr azalır, amortizatorlar daha  “sərt” olur, akseleratorun, sükanın, güc aqreqatının və stabilləşdirmə sisteminin həssaslığı artır. Bütün supersedanlar Koventridə əl əməyindən istifadə edilərək yığılacaqdırlar.

Cəmi 300 ədəd supersedan istehsal ediləcəkdir.  Hər birinin sükanı sol tərəfdə yerləşən avtomobillər 149995 funt-sterlinqə satılacaqdırlar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt