Ferrari şirkətinin istehsalı olan 3,9-litrlik iki turbokompressorlu səkkiz silindirli mühərriki «İlin beynəlxalq mühərriki» müsabiqəsinin qalibi elan edilmişdir. Xatırladaq ki, adı çəkilən mühərrik ilə Ferrari 488 GTB və 488 Spider superkarları təchiz edilir. Turbomühərrik 661 at qüvvəsi gücü və 760 Nm fırlanma anına malikdir. Beləliklə bu mühərrik, son səkkiz ildə qalib olmuş dörddən çox silindirlər olan yeganə güc aqreqatıdır. Bu günə qədər bu müsabiqədə qalib gəlmiş son çoxsilindirli mühərriklər BMW şirkətinin 5,0-litrlik V12 və 4.4-litrlik V8 mühərrikləri olmuşdular. Ferrari şirkətinin daha bir mühərriki - 6,3-litrlik V12 aqreqatı 4,0-litrdən yuxarı həcmi olan mühərriklər kateqoriyasında qalib olmuşdur.

Ferrari mühərriki baş mükafatla yanaşı «Ən yaxşı yeni mühərrik», «Ən yaxşı idman mühərriki» və «üç litrdən dörd litrə qədər iş həcmi olan ən yaxşı mühərrik» nominasiyalarında da qalib olmuşdur. İtalyan mühərriki 331 xal toplayaraq, BMW i8 sportkarının hibrid güc qurğusunun tərkibinə daxil olan 1,5-litrlik üç silindirli turbomühərrikini 47 xal üstələmişdir. Xatırladaq ki, Bavariyalıların mühərriki keçən il Ford şirkətinin uç silindirli mühərrikinin ardıcıl qələbələrinə son qoymuşdu.

Müsabiqənin bürünc mükafatçısı 257 xal toplamış Porsche şirkətinin 3,0-litrlik altısilindirli turbomühərriki olmuşdur. Onun ardınca dördüncü yeri PSA Peugeot Citroen konserninin 1,2-litrlik üç silindirli turbomühərriki, beşonci yeri Ford şirkətinin 1,0-litrlik mühərriki, altıncı yeri Mercedes-AMG modellərinin 6,3-litrlik V12 mühərriki və yeddinci yeri Audi şirkətinin 2,5-litrlik beş silindirli turbomühərriki tutmuşdur. Sonuncu mühərrik 94 xal əldə etmişdir.

«Ən yaxşı yaşıl mühərrik» kateqoriyasında dördüncü dəfə Tesla Motors şirkətinin elektrik güc qurğusu tutmuşdur. 1,0, 1,4, 1,8. 2,0 və 2,5-litrə qədər mühərriklər kateqoriyasında qaliblər keçən ildəki kimi dəyişilməz qalmışdırlar.