Jaguar şirkəti ən sürətli avtomobili olan F-Type SVR kupesinin səsini göstərmək üsulunu tapmışdır. Bunu kimatika sayəsində etmək mümkün olmuşdur. Kimatika dalğaların forma yaratma xüsusiyyətlərini öyrənən elmdir. Misal üçün səsin müəyyən tezliyi həndəsi düzgün naxışları yaratmaq qabiliyyətinə malikdir.

Eksperiment zamanı iki mikrofon mühərrikin səsini yazaraq, onları 28 dinamikə ötürürmüş ki, bu dinamiklərin də üzərində içərisində ağ dənələr olan kiçik qara rəngli lövhələr yerləşdirilmişdi. Yazılış üçün titandan hazırlanmış aktiv buraxılış sistemi olan avtomobildən istifadə edilmişdir. Jaguar F-Type SVR kupesi 575 at qüvvəsi hasil edən 5,0-litrlik kompressorlu V8 mühərriki və səkkiz pilləli avtomatik sürətlər qutusu ilə təchiz edilir.

100 km/saat həddinə kupü 3,7 saniyəyə sürətlənir. Onun maksimal sürəti 322 km/saatdır.