Mercedes-Benz şirkəti yeni nəsil E-Class universalının “bərkgedən” variantı olan Mercedes-AMG E63 4Matic+ Estate modifikasiyasını təqdim etmişdir. Avtomobilin ən güclü S-variantı 612 at qüvvəli mühərrik ilə təchiz edilir.

Universal kuzovlu Mercedes-AMG E63 4Matic+, sedan variantının da təchiz edildiyi iki turbokompressorlu 4,0-litrlik V8 mühərriki ilə hərəkətə gəlir. Bu mühərrikin baza variantı 571 at qüvvəsinə və 750 Nm fırlanma anına malikdir. Universalın ən güclü modifikasiyası olan Mercedes-AMG E63 S 4Matic+  isə 612 at qüvvəsi və 850 Nm fırlanma anı olan mühərriklə təchiz edilir. Mercedes-AMG E63 Estate modelinin hər iki modifikasiyası hidrotransformatoru elektronika ilə idarə edilən muftası olan 9-pilləli AMG Sportshift MCT avtomatik ötürmələr qutusu ilə komplektləşdirilir. 571 at qüvvəli universal 100 km/saat sürətini 3.6 saniyəyə toplayır. 612 at qüvvəli S variantı isə bu işə 0,1 saniyə az vaxt sərf edir.

Mercedes-AMG E63 sedanları bu işə müvafiq olaraq 3.5 və 3.4 saniyə sərf edirlər.

“Bərkgedən” universal 4Matic+ tam çəkiş sistemi ilə təchiz edilmişdir ki, fırlanma anının oxlar arasında bölünməsini elektronika tərəfindən idarə edilən mufta həyata keçirir. Fırlanma anı ön və arxa təkərlər arasında bərabər bölünə, eyni zamanda tamamilə arxa oxa da ötürülə bilər. Mercedes-AMG E63 4Matic+ Estate modeli yüksək sürtünməli differensialla təchiz edilir. Mercedes-AMG E63 S 4Matic+ Estate variantı isə elektronika ilə idarəolunan differensiala sahibdir. E63 S modifikasiyası standart olaraq mühərrikin aktiv dayaqları ilə təchiz edilir. Mercedes-AMG E63 4Matic+ Estate modelinin avadanlıq siyahısına idarəetmə elektronikasının rejimlərinin dəyişdirilməsi sistemi, Comand multimedia sistemi və karbon-saxsı əyləc mexanizmləri (opsiya) daxil edilmişdir. “Qaynar” universalın kütləvi təqdimat mərasimi Cenevrə avtosalonunda keçiriləcəkdir.  

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt