Land Rover şirkəti Range Rover Evoque modelinin yeni xüsusi modifikasiyasını təqdim etmişdir. Landmark Edition adını almış modifikasiya modelin altı illik uğuruna və 600 minlik istehsal tirajına həsr edilmişdir.

Xüsusi versiya panoram tavana və 19-düymlük təkər disklərini əldə etmişdir.  Avtomobilin radiator barmaqlığı, qanadlardakı hava girişləri, kapotdakı və baqaj qapısındakı yazılar tünd qrafit rənginə malikdirlər.  Krossoverin xüsusi versiyasının təchizatına 10-düymlük displeyi və Wi-Fi giriş nöqtəsinə malik olan multimedia sistemi daxil edilmişdir.

Lakin, xüsusi modifikasiyanın hansı mühərriklər ilə təchiz ediləcəyi dəqiqləşdirilməmişdir. Standart model 150 və 180 at qüvvəli dizel mühərrikləri, həmçinin 240 at qüvvəli benzin mühərriki ilə təchiz edilir. Xüsusi seriyadan olan avtomobillərin qiyməti 39 min funt-sterlinqdən başlayır. Modelin rəsmi satışlarına bu ayın 10-dan sonra başlanacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt