Renault şirkəti Şanxayda keçirilən avtosalonda fransız istehsalçısının gələcəyin yarış maşınlarına olan görünüşünü əks etdirən yeni konsepti nümayiş etdirmişdir. Renault R.S. 2027 Vision prototipi hibrid güc qurğusuna, tam çəkiş sisteminə, avtopilota və bağlı kokpitə sahibdir.

Prototipin ismi istehsalçının 2027-ci ildən sonra bu növ yarış avtomobillərini buraxacağına da işarə edir. R.S. 2027 Vision konsepti tərkibinə çoxnöqtəli yanacaq çilənməsi olan V6 turbomühərriki, kinetik enerjinin rekuperasiya sistemi (KERS) və iki elektromotor daxil olan güc qurğusu ilə hərəkətə gəlir. 

Qurğunun ümumi gücü 1341 at qüvvəsi təşkil edir ki, bu da 600 kiloqram çəkisi olan avtomobilin yüksək dinamik göstəricilərə sahib olmasından xəbər verir. Konseptin yüngül konstruksiyasının əsas xüsusiyyəti 3D-printerində çap edilmiş və təkrar emal edilən kompozit materiallardan hazırlanmış elementrlərdir.

Bundan başqa, prototip şəffaf örtüklü polikarbonatdan hazırlanmış kokpiti əldə etmişdir.

Renault nümayəndələri gələcəkdə pilotların dəbliqəsinin də şəffaf olacağını bildirmişdirlər.   Kokpiti avtomobilin çevrilməsi halında avtomatik olaraq peyda olan titan qövslər müdafiə edir. Daha bir maraqlı element, ön təkərdə quraşdırılmış və yarış haqqında məlumatı göstərən displeylərdir. Prototip aktiv aerodinamik elementlər və yarış zamanı tənzimlənə bilən asqı sistemi ilə də təchiz edilmişdir. Avtopilot sistemi isə pilotun təhlükəsizliyini təmin etməlidir.

Misal üçün, trekə təhlükəsizlik avtomobilinin çıxması halında sistem idarəetməni öz üzərinə götürə biləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt