BMW şirkəti dördüncü nəsil X5 krossoverinin zirehli versiyasını təqdim edib. X5 Protection VR6 adından göründüyü kimi, altıncı sinif zirehə malikdir və sərnişinlərini 7,62 millimetrlik Kalaşnikov avtomatından və DM51 əl qumbarasının partlamasından müdafiə edir.

Əvvəlki nəsil zirehli X5 F15 modelinə nisbətən müdafiə sinifi dəyişməyib, lakin yeni krossoverdə zirehlənmə imkanları layihələndirmə zamanı nəzərdə tutulub. BMW X5 G05 Protection modelinin tavan və altını polad və kompozit materialların köməkliyi ilə, əlavə olaraq, gücləndirmək mümkündür. Maksimum dərəcədə müdafiə səviyyəsinə malik olan krossover, 200 qramlıq bomba daşıyan dronun hücumundan və 15 kiloqramlıq fuqasın 4 metrlik məsafədə partlamasından tam müdafiə olunub.

Zirehli X5 modeli 530 at qüvvəsi və 750 Nm fırlanma anı hasil edən 4,4-litrlik V8 mühərriki ilə təchiz edilmiş M50i versiyasının əsasında inşa edilib. Zirehli krossover pnevmodayaqların əvəzinə adi yaylar, Run Flat şinləri olan xüsusi 20-düymlük təkər diskləri və özüqapanan yanacaq çəni daxildir. Avtomobilin 33 millimetrlik şüşələri açılmır. Yalnız sürücü şüşəni 10 santimetr endirə bilər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

BMW X5 Protection modelinin çəkisi sirr olaraq qorunur. Adi X50 M50i modelinin 2,5 ton çəkiyə malik olduğunu nəzərə alsaq, zirehli krossoverin ən azı bir ton ağır olduğunu ehtimal etmək olar. Krossoverin maksimal sürəti 210 km/saata qədər məhdudlaşdırılıb. 100 km/saat həddinə zirehli X5 modeli 1,6 saniyə yavaş sürətlənir. 

Zirehli krossoverin satışlarına gələn il başlanacaqdır. X5 Protection modelinin əsas satış bazarları Şimali Amerika və Afrika ölkələri olacaqdır.