Məlum olduğu kimi, Audi şirkəti yeni nəsil A6 modelinin kütləvi təqdimatını Cenevrə avtosalonunda keçirəcəkdir. Bu günlərdə alman istehsalçısı yeni modelin videotizerini də yayıb. Avtomobilin təqdimatına qısa müddət qalmasına baxmayaraq, onun rəsmi şəkilləri internet şəbəkəsinə sızmayıbdır. Bu ana qədər...

Bu gün internet şəbəkəsində yeni Audi A6 sedanın rəsmi şəkillərinə bənzəyən fotoşəkillər peyda olub. Təsdiq edilməsə də, qarşımızdakı şəkillərdə yeni A6 sedanın olduğuna şübhə etmirik. Avtomobilin ön işıq texnikasının formasının əvvəllər İnqolştat istehsalçısının dərc etdiyi modellərin istehsal planındakına bənzəməsi bizə bu əminliyi verir.

Təsvirlərdən də göründüyü kimi, yeni sedan A8 və A7 modellərində müşahidə etdiyimiz dizayn üslubunda eksteryerə malik olub.  Lakin, A8 sedanı və A7 Sportback liftbəkindən fərqli olaraq A6 xrom zolaqla birləşdirilmiş özünəməxsus arxa fənərlər malikdir. Hər halda, bizim haqlı olub-olmadığımız yaxın zamanlarda təsdiqini tapacaqdır.

Image alt Image alt Image alt