Ferrari F12berlinetta modelinin xələfi 800 at qüvvəsi gücü və 718 Nm fırlanma anı olan 6,5-litrlik atmosfer tipli V12 mühərriki ilə təchiz ediləcəkdir. Bu barədə məlumatı, yeni modelin Fiorano trekindəki bağlı təqdimat mərasimində iştirak etdiyini bildirən FerrariChat forumunun iştirakçısı vermişdir.

Həmin mənbənin məlumatına görə, yeni model 100 km/saat həddinə üç saniyədən az bir müddətə sürətlənir. Yeni sportkara 200 km/saat həddinə sürətlənməyə isə səkkiz saniyədən az vaxt tələb olunur. Çox güman ki, F1 DCT «robotunun» təkmilləşdirilmiş variantı olan yeni ötürmələr qutusu «yuxarı» ötürməni həyata keçirməyə 30%, «aşağı» ötürməyə isə 40% daha az vaxt sərf edir. Ehtimallara görə, Ferrari F12M adlandırılacaq modelin, F12tdf superkarında debüt etmiş tamidarəolunun şassinin təkmilləşdirilmiş variantını və yeni sükan qolunu alacağı da söylənilir.  Çox güman ki, avtomobil üçün iki variantda sükan çarxı təklif ediləcək,həmçinin sürücü və sərnişin üçün  yeni formalı displey quraşdırılacaqdır. Mənbə, eyni zamanda, avtomobilin yeni işıqdiodlarından fənərlərlə təchiz ediləcəiyini və çox aqressiv görkəmə malik olduğunu bildirmişdir. Modelin rəsmi təqdimat tarixi açıqlanmamışdır.