KIA şirkəti bu gün işinə başlamış Nyu-York avtomobil sərgisində Cadenza modelinin kütləvi nümayişini təşkil etmişdir. Təəssüf ki, koreyalılar avtomobil barədə geniş məlumat verməmişdirlər. Bir müddət bundan əvvəl yayılmış məlumatda istehsalçı yeni avtomobilin qabarit uzunluğunun 4970 millimetr, eninin 1870 millimetr, hündürlüyünün isə 1470 millimetr olduğunu bildirmişdir. Avtomobilin təkərlərarası bazası 10 millimetr artaraq 2855 millimetr olmuşdur. Yeni model işıq diodlarından hazırlanmış ön fənərlər və LED elementlər olan arxa fənərlərlə təchiz edilir.

Şimali Amerika bazarında KİA Cadenza modelinin əsas rəqibləri Toyota Avalon, Nissan Maxima və Buick LaCrosse avtomobilləri olacaqdır. Artıq məlumdur ki, ABŞ bazarında avtomobil 290 at qüvvəli 3,3-litrlik altısilindirli benzin mühərriki və səkkiz pilləli avtomatik sürətlər qutusu ilə təklif ediləcəkdir.

Digər bazarlarda KIA Cadenza modelinin mühərrik qammasına 3,3-litrlik benzin mühərrikindən başqa, 2,2-litrlik dizel və 2,4-litlik benzin mühərrikləri də daxil ediləcəkdir. 2016-cı ilin ikinci yarısında Cadenza’nın hibrid güc aqreqatı ilə təchiz edilmiş modifikasiyasının da  təklif ediləcəyi gözlənilir. 

Bundan başqa, Genesis G90 modelində debüt etmiş 370 at qüvvəli 3,3-litrlik ikiqat turbokompressorlu V6 mühərrikinin də Cadenza’nın motor qammasına daxil ediləcəyi istisna olunmur.

Avtomobil üçün təklif edilən avadanlıqlar siyahısına Apple CarPlay və Android Auto interfeysini dəstəkləyən multimedia sistemi, «ölü» zonalara nəzarət sistemi, adaptiv kruiz-kontrol və təcili əylənmə sistemi daxildir.

Bundan əlavə, Cadenza üçün 18 və 19 düymlük təkər diskləri də təklif edilir. Cənubi Koreyada KIA Cadenza 30,8 - 39,4 milyon vona (42,3 - 54,2 min manat) satılır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt