Subaru şirkəti, bu gün qapılarını ziyarətçilərin üzünə açacaq Nyu-York avtosalonunda İmpreza sedanının yeni nəslini nümayiş etdirmək niyyətindədir. Artıq yapon istehsalçısı yeni avtomobilin fotoşəkillərini də dərc etmişdir. Yeni Subaru İmpreza sedanı yapon markasının, bir müddət bundan əvvəl təqdim edilmiş SGP (Subaru Global Platform) modul platformasında istehsal ediləcək ilk seriya modeli olacaqdır. Sonradan bu şassi, 320 at qüvvəli hibrid güc aqreqatı ilə hərəkətə gələcək WRX STi daxil olmaqla bütün Subaru avtomobillərinin əsasını təşkil edəcəkdir.

Təsdiq edilməmiş məlumatlara əsasən yeni Subaru İmpreza avtomobilin təkər bazası 25 millimetr, qabarit uzunluğu - 41 millimetr, eni isə 38 millimetr artacaqdır. Bununla belə avtomobilin hündürlüyü 10 millimetr azlamalıdır. Subaru şirkətindən İmpreza sedanının yeni 2,0-litrlik dördsilindirli  oppozit mühərriki və tam çəkiş sistemi ilə təchiz ediləcəyini bildirmişlər. Mühərrikin xarakteristikaları açıqlanmasa da, onun az yüklənmə zamanı silindirlərin bir hissəsinin söndürülməsi funksiyası ilə təchiz ediləcəyi məlumdur.

Yeni Subaru İmpreza səs ilə idarə edilə bilən multimedia sistemi və toqquşmaların qarşısını alan EyeSight təhlükəsizlik sistemləri dəsti ilə komplektləşdiriləcəkdir.

Avtomobil haqqında geniş məlumat onun Nyu-York avtosalonunda keçirələcək kütləvi nümayişindən sonra veriləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt