Dünən Sony şirkəti tərəfindən Las Veqasda keçirilən İstehlak elektronikası sərgisində nümayiş etdirilmiş Vision-S konsepti səs-küyə səbəb olsa da, bu gün yapon şirkətinin nümayəndəsi prototip ətrafında cərəyan edən ehtiraslara buzlu su səpib. Sən demə, prototipin əsas vəzifəsi şirkətin malik olduğu nailiyyətləri nümayiş etdirmək olub.

Sony elektromobili almaq fikrinə düşənləri məyus edən Vision-S layihəsinin rəhbəri İzumi Kavanişi olub. Qeyd etmək lazımdır ki, yapon mütəxəssis Sony şirkətində robot texnikası istiqamətinə rəhbərlik edir. Kavanişi yapon Impress Watch nəşrinə verdiyi müsahibədə Sony şirkətinin avtomobil istehsalçısına çevrilmək niyyətinin olmadığını, prototipin isə, şirkətin nəqliyyatın təkamülünə verdiyi töhfə olduğunu bildirib. Smartfonların mobil rabitəyə olan münasibəti dəyişdiyini bildirən Kavanişi şəxsin nəqliyyatda da inqilabın olacağını söyləyib.

Mənbə: Impress Watch