Mayın 20-si İsveçrə xəstəxanalarının birində dünyasını dəyişən Formula 1 üzrə üçqat dünya çempionu Niki Lauda ilə vida mərasimi keçiriləcək.

Lauda ailəsinin verdiyi məlumata əsasən mərasim mayın 29-u Vyanada yerləşən Müqəddəs Stefan kilsəsində baş tutacaq. Vida mərasimi çempionun sevənləri və yaxın dostlarının da iştirakı ilə ictimayyətə açıq olacaq, lakin dəfn mərasimində mərhumun ailəsi və yaxın qohumları iştirak edəcək.