Şanxayda keçirilən avtosalonunda Nissan şirkəti yeni nəsil X-Trail modelinin qlobal versiyasını təqdim edib. Dizayn baxımından, qlobal krossover 2020-ci ildə ABŞ-da debüt etmiş Nissan Rogue modelini təkrarlayır, lakin Çin və Avropa versiyalarının mühərrikləri fərqlidir.

Nissan X-Trail modeli CMF-C/D arxitekturasına əsaslanır. Qlobal krossover praktiki olaraq ABŞ-da satılan Rogue modeli təkrarlayırr: bir krossoveri digərindən yalnız arxa bamperin dizaynı, ölçüləri və artırılmış klirens sayəsində ayırd etmək olar.

Nissan X-Trail modelinin uzunluğu 4681 millimetr, eni - 1840 millimetr, hündürlüyü - 1730 millimetr, təkər bazasının ölçüsü isə 2706 millimetrdir.Avtomobilin klirensi 212 millimetrdir. Nissan Rogue modelində bu göstərici 208 millimetrdir.

Çin bazarında yeni X-Trail modeli 204 at qüvvəsi hasil edən 1,5-litrlik VC-Turbo benzin turbomühərriki və variator ilə satışa təqdim ediləcəkdir. Ötürmə ön və ya tam ola bilər. Müqayisə üçün, Nissan Rogue modeli 184 at qüvvəli 2,5-litrlik atmosfer mühərrik ilə təchiz edilir.

Avropada satılacaq X-Trail modeli e-Power hibrid güc qurğusu ilə təklif edilir: elektrik mühərriki ön oxda yerləşir, benzin mühərriki isə generator kimi işləyir. Nissan hibrid qurğunun xüsusiyyətlərini açıqlamayıb. Lakin avropalılar tərkibinə 157 at qüvvəli turbomühərrik və 190 at qüvvəli elektrik mühərriki daxil olan e-Power qurğusunu yaxşı tanıyırlar - Avropada satılan yeni nəsil Nissan Qashqai modeli bənzər qurğu ilə təchiz edilir.

Çində satılacaq X-Trail modelinin salonu da Nissan Rogue krossoverinin interyeri ilə bənzər şəkildə tərtib edilib. Fərq tərtibat materialları və multimedia sistemi ekranının ölçüsündədir: çin krossoveri 12,3- düymlük,amerikan modeli isə 9-düymlük ekranla təklif edilir .

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Nissan X-Trail modelinin avadanlıq siyahsına 10,8-düymlük proyeksiya displeyi, 12,3-düymlük virtual cihazlar paneli, üç zonalı klimat-kontrol, smartfonların simsiz doldurulması, bütün oturacaqları qızdırılması və yarımavtonom ProPilot idarəetmə dəsti daxil edilib. Sonuncu, ağıllı kruiz-kontrolu, tıxac köməkçisini və zolaq saxlama funksiyasını ehtiva edir.

Yeni X-Trail modelinin Çindəki satışlarına 2021-ci ilin ikinci yarısında, Avropada isə 2022-ci ilin yayında başlanacaqdır.