Kia şirkəti Parisə Ceed hetçbek və universal üçün hazırladığı GT Line staylinq-dəstini gətirib. “Qaynar” GT üslubunda eksteryerə malik olan avtomobillərin Avropadakı satışlarına gələn ilin birinci rübündə başlanacaqdır.

Kia Ceed GT Line modellərini “tutqun xrom” haşiyəsi olan qara-parlaq radiator barmaqlığı, xüsusi dizayna malik olan təkər diskləri, yeni bamperləri və Kia Stinger modelində olduğu kimi şaquli duman əleyhinə fənərlər bloku ilə seçilir.

Salonun daxili tərtibatında qara rəngli tavandan, kandarların metal lövhəcikləridən, idman oturacaqlarından və alt hissəsi “kəsilmiş” sükan çarxından istifadə olunur. Əlavə ödənişlə, GT modelində olan oturacaqlara bənzər ön kresloları da sifariş etmək olar.

Kia Ceed GT Line 1,0- və 1,4-litrlik T-GDi benzin turbomühərrikləri ilə təchiz edilir. Bu mühərriklər 120 və 140 at qüvvəsi təklif edirlər. Bundan başqa, model 136 at qüvvəsi və 280 Nm fırlanma anı hasil edən və Smartstream ailəsindən olan 1,6-litrlik dizel mühərriki ilə də təklif edilir. Transmissiya yeddi pilləli iki muftalı “robotdur”.

GT Line dəsti beşqapılı Kia ProCeed "şutinq breyk" modelinin standart təchizatına daxildir. Modelin təchiz edildiyi mühərriklər eynidir. Xatırladaq ki, modelin GT variant 204 at qüvvəi və 265 Nm fırlanma anı hasil edən 1,6-litrik turbomühərrik ilə təchiz edilir.

Image alt Image alt Image alt Image alt Image alt