Keçən həftənin cümə günü Bakı şəhərində Porsche və Chopard markaları tərəfindən maraqlı tədbir həyata keçirilmişdir. Məşhur sportkarlar istehsalçısı olan Porsche şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi Porsche 718 Boxster rodsterinin təqimat mərasimini keçirmişdir.

Öz növbəsində Chopard brendi Porsche Bakı Mərkəzinin satış salonunda bu markaya məxsus olan saatlarını da nümayiş etdirmişdir. Qeyd etmək istəyirik ki, Porsche və Chopard markaları 2014-cü ildən başlayaraq əməkdaşlıq edirlər və bu əməkdaşlığın nümunəsi olaraq Classic Racing Porsche kolleksiyasını göstərmək olar. Tədbir çərçivəsində Chopard şirkətinin nümayəndələri brendin tarixi və istehsal etdiyi saatlar barədə məlumat vermişdir.

Tədbirin sonunda dəvət olunmuş qonaqlardan ən şanslısı gecəni Chopard qol saatı ilə tərk etmişdir. Porsche Bakı Mərkəzi də dəvət olunmuş qonaqlar üçün xüsusi sürpriz hazırlamışdır. Tədbirdə iştirak edən şəxslər İstanbulpark trekində keçiriləcək xüsusi kurslara dəvətnamə qazanmaq şansına malik idilər. Sadəcə verilən suallara düzgün cavab vermək gərək idi. Gecənin sonunda bu mükafat da öz sahibini tapmişdir.

Porsche şirkəti Boxster modelinin yeni nəslini keçən il təqdim etmişdir. Yeni rodster keçən əsrin 50-ci və 60-cı illərində yarışlarda çıxış etmiş yarış avtomobilinin şəninə 718 Boxster adlandırılmışdır. Bundan əlavə, yeni rodster ancaq dörd silindirli turbomühərriklər ilə təchiz edilir. 718 Boxster keçən əsrin altımışıncı illərindən sonra dörd silindirli mühərriklə təchiz edilən ilk Porsche avtomobilidir.

Zahiri görkəmə gəldikdə isə, yeni avtomobil sələfindən ancaq alın şüşəsini, yumşaq tavanı və arxa baqaj bölməsinin qapağını irsən almışdır. 718 Boxster sələfindən yeni ön və arxa işıq texnikası, bamperlər, həmçinin arxa fənərləri birləşdirən xüsusi xəttlə seçilir. Avtomobilin interyerində də ciddi dəyişikliklər baş vermişdir. Salona nəzər saldıqda, ilk növbədə yeni sükan çarxını, mərkəzi konsolu və təkmilləşdirilmiş Porsche Communication Management sistemini görmək olar. 

Porsche 718 Boxster modelinin baza modifikasiyası 2,0-litrlik turbomühərriklə təchiz edilir. Yeni mühərrikin gücü 300 at qüvvəsi və 380 Nm fırlanma anı təşkil edir. Avtomobilin S modifikasiyası isə dəyişdirilən həndəsəli turbokompressorla təchiz edilmiş 2,5-litrlik turbomühərriklə hərəkətə gəlir. Bu mühərrik 350 at qüvvəsinə və 420 Nm fırlanma anına malikdir.

Hər iki mühərrik altı pilləli mexaniki sürətlər qutusu ilə birgə çalışır. Əlavə ödənişlə yanacağa qənaət etməyə imkan verən iki muftalı və virtual pillələri olan PDK sürətlər qutusunu da sifariş etmək olar. «Virtual pillələr» dedikdə, Porsche, iki qonşu pillənin birgə çalışmasını və hər iki «yaş» muftanın sürüşməsinin mümkünlüyünü nəzərdə tutur. Bu sistem aşağı sürətlərdə yanacağa qənaət etməyə imkan yaradır. 300 at qüvvəli mühərrikilə, PDK sürətlər qutusu və Sport Chrono paketi ilə komplektləşdirilmiş 718 Boxster modeli 100 km/saat sürətini 4,7 saniyəyə toplayır və onun maksimal sürəti 285 kim/saat təşkil edir. 718 Boxster S modeli isə birinci «yüzlüyü» 4,2 saniyəyə toplayır. S modelinin maksimal sürəti də 285 km/saatdır.

Bundan əlavə, yeni avtomobilin sükan idarəetməsinin və asqı sisteminin xarakteristikaları dəyişdirilmişdir. Bu sayədə də avtomobilin idarəedilməsi yaxşılaşdırılmışdır. Eyni zamanda rodster üçün təkmilləşdirilmiş PASM aktiv asqısı təklif edilir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt