Porsche şirkəti Los Anceles avtosalonunda 911 idman avtomobilinin yolsuzluq versiyasını təqdim edib. Dakar adlı modifikasiya 1984-cü ildə Paris-Dakar rallisində qalib gəlmiş yarış avtomobilinin üslubunda dizaynı əldə edib. Alman istehsalçısı məhdud sayda buraxılacaq kupenin asfaltın bitdiyi yerdə macəra axtaran Porsche pərəstişkarlarına ünvanlanlandığını bildirib.

Porsche 911 Dakar kupesi kuzovu yan tərəf boyunca uzanan qırmızı zolaqlarla tamamlanan mavi və ağ rəngdə livreyanı alıb. Eyni rəng kombinasiyasına 1984-cü ildə Paris-Dakar ralli-reydində qalib gəlmiş avtomobil də malik iki.

Bütün bunlar opsional Rallye Design Package paketinin bir hissəsidir və belə paketə malik olmayan 911 Dakar modeli daha ənənəvi görünür. Eksteryer dizaynı quraşdırılmış LED optikası (əlavə ödənişlə təklif olunur) olan damdakı baqaj, yedəkləmə qarmaqları və qoruyucu torlarla təchiz olunmuş hava girişləri ilə tamamlanır.

Salonda arxa divan yoxdur və öndə isə yüngül yarış kresloları quraşdırılıb. Çəkini azaltmaq üçün daha yüngül akkumulyator və ön şüşədən istifadə olunur. Sportkar üçün məcburi təhlükəsizlik yarımkarkasını, altı nöqtəli təhlükəsizlik kəmərlərini və hətta çadır da sifariş etmək olar.

911 Dakar kupesi standart olaraq tam idarələnən şassi, 911 GT3 modelindən götürülmüş dinamik mühərrik dayaqları və tənzimlənən asqı ilə təchiz edilir. Sportkarın klirensi orijinal 911 Carrera 4 GTS modelində olduğundan 50 millimetr çoxdur. 

0-dan 999 qədər olan rəqəmləri sifariş etmək olar

Bundan əlavə, klirensi əlavə 30 millimetr artıraraq, 190-195 millimetrə çatdırmaq olar. Asqı maksimuma qaldırıldıqda, sportkar 170 km/saata qədər sürətlənir, bu hədd keçildikdən sonra avtomobil avtomatik olaraq enir.

911 Dakar modeli 480 at qüvvəsi və 570 Nm fırlanma anı hasil edən 3,0-litrlik altısilindrli biturbo aqreqatı  ilə təchiz edilib. Güc qurğusu səkkiz pilləli PDK "robotu" ilə tandemdə çalışır. Tamötürməli sportkar 100 km/saat həddini 3,4 saniyəyə toplayır. Ofroud üçün nəzərdə tutulmuş təkmilləşdirmələrə görə, kupenin maksimal sürəti 240 km/saat həddində məhdudlaşdırılıb.

Sportkar sahibləri üçün xronoqraf da hazırlanıb

Porsche 911 Dakar iki yeni idarəetmə rejimini əldə edib: Off-Road və Rallye. Hər iki rejim ekstremal yolsuzluq və yumşaq torpaqda, o cümlədən qar və qumda hərəkət etmək, habelə oxlar üzrə dartma qüvvəsinin paylanması dərəcəsini dəyişdirmək üçün nəzərdə tutulub. Bundan başqa, təkərlərin 20 faizlik yerində fırlanmasını təmin edən ofroud lonç-kontrolu bəyan edilib.

Yenilik doqquz millimetr protektor dərinliyi, möhkəmləndirilmiş yan tərəfləri və qoşa karkası olan Pirelli Scorpion All Terrain Plus ofroud şinləri ilə təchiz edilib. Opsiyon olaraq yol şinlərini də sifariş etmək olar. Sportkar öndə 19, arxada isə 20 düymlük təkər diskləri ilə təchiz olunur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

İdman avtomobilləri Porüche dilerlərinə 2023-cü ilin yazında göndəriləcəkdir. Ümumilikdə 2500 eksklüziv avtomobil buraxılacaqdır. Porsche 911 Dakar modeli 223 450 dollara başa gələcəkdir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.