Porsche şirkəti Cayenne Coupe modelinin yeni modifikasiyasını təqdim edib. Porsche Cayenne S Coupe adlandırılmış modifikasiya 440 at qüvvəli V6 mühərriki ilə təchiz olunub.

Porsche Cayenne S Coupe modelinin kapotunun altında iki turbokompressorlu 2,9-litrlik V6 mühərriki yerləşib. Güc qurğusunun hasilatı 440 at qüvvəsi və 550 Nm fırlanma anıdır. Mühərrik səkkiz diapazonlu ötürmələr qutusu və tam çəkişli transmissiya ilə tandemdə çalışır. Yerindən 100 km/saat həddinə Cayenne S Coupe 4,9 saniyəyə sürətlənir. Onun maksimal sürəti 263 km/saatdır.

Image alt Image alt Image alt Image alt

Cayenne S Coupe modelinin standart təchizatına Power Steering Plus sükən sistemi, 20-düymlük təkər diskləri, Porsche Active Suspension Management (PASM) adaptiv asqısı, panoram tavan, aktiv arxa spoyleri olan Porsche Active Aerodynamics (PAA) sistemi daxildir. Bu spoyler 90 km/saat sürətində 135 millimetr hündürlüyə qalxaraq yerəbasma gücünü artırır. 

Əlavə ödənişlə panoram tavanı karbondan olanı ilə əvəzləmək mümkündür. Porsche Cayenne Coupe hələlik Azərbaycan bazarında debüt etməyib.