Bu gün Porsche şirkəti rəsmi olaraq Panamera Turbo S E -Hybrid Sport Turismo universalını təqdim edib. Texniki cəhətdən universal liftbek kuzovlu modeldən fərqlənmir.

Porsche Panamera Turbo S E-Hybrid Sport Turismo modeli 550 at qüvvəsi hasil edən 4,0-litrlik iki turbokompressorlu V8 mühərriki və 136 at qüvvəli elektromotor ilə təchiz edilir. Bu tandem ümumilikdə 680 at qüvvəsinə və 850 Nm fırlanma anına malikdir. Beləliklə, universal da, liftbeklə bərabər alman istehsalçısının ən güclü modelləridir. Hibrid avtomobil güc sarıdan 918 Spyder modelinə uduzsa da, sonuncunun istehsalına xitam verilməsi onu ilk sıraya yüksəltmişdir.

Hibrid güc aqreqatı səkkiz pilləli PDK robotlaşdırılmış ötürmələr qutusu ilə birgə çalışır.

Porsche Panamera Turbo S E-Hybrid Sport Turismo modeli 100 km/saat həddini 3,4 saniyəyə toplayır və 310 km/saat maksimal sürətə malikdir. Bununla belə, avtomobil 100 kilometrə 2,9 litr yanacaq sərf edir. Elektrik ötürməsindən istifadə etməklə hetçbek 50 kilometr məsafə qət etmək iqtidarındadır.

Panamera Turbo S E-Hybrid Sport Tirismo modelinin təchizatına maye ilə soyudulan və 14,1 kVt/saat tutumu olan litium-ion batareyalar dəsti daxildir. Batareyaları elektrik şəbəkəsindən altı saata doldurmaq mümkündür. Xüsusi qurğudan istifadə etməklə batareyaları 2,4 saata doldurmaq da olar.

Eyni zamanda, hibrid universalın baqaj bölümünün həcmi 425-1295 litr təşkil edir. Bu adi modifikasiyada olduğundan 125 - 95 litr azdır. Yeni model üçün Porsche Communication Managment (PCM) və sürücüyə batareyaların doldurulması prosesinə məsafədən nəzarət etməyə imkan verən Porsche app. sistemləri daxildir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt