Porsche şirkəti Formula E çempionatındakı ilk mövsümünə hazırlaşır. Bu ilin noyabr ayında start alacaq yeni mövsümdə, Porsche komandası 99X Electric bolidi ilə çıxış edəcəkdir. Alman markasının pilotları Andre Lotterer və Nil Cani olacaqdır.

Porsche şirkətinin avtoidman istiqamətinin rəhbəri Malte Hyüneke, bu layihənin əsasının hələ Porsche komandasının WEC çempionatındakı LMP1 kateqoriyasında çıxış etdiyi zamanlarda qoyulduğunu bildirib. O, yeni aqreqatın inşa edilməsi zamanı istifadə edilən texnologiyaların Porsche Taycan elektrokarından götürüldüyünü də bildirib. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yaxın zamanlarda Porsche komandası bolidin ilk sınaqlarını keçirmək istəyir. Formula E çempionatının mövsümöncəsi testlərinə oktyabr ayında Valensiyada start veriləcəkdir.