Xatırlayırsiniz isə, bir müddət bundan öncə bərpa edilmiş klassik Porsche 911 Turbo modeli barədə məlumat vermişdik. Həmin kupe bu günlərdə RM Sotheby’s hərracında 2.748.500 avroya satılıb. Lot 10 dəqiqəyə öz alıcısını tapib.

Porsche şirkətinin Project Gold layihəsi üzərindəki çalışmaları 18 ay savam edib. Bu, hava ilə soyudulan mühərrikə malik olan sonuncu Porsche 911 Turbo sportkarının bərpa edilmiş variantıdır. Sportkarın güc aqreqatı, asqı elementləri və tam ötürməli çəkiş sistemi Porsche Classic bölümünün mütəxəssisləri tərəfindən yenidən hazırlanmışdır.

Restomodun əsasını 993 seriyasından olan Porsche 911 Turbo modelinin orijinal kuzovu təşkil edib. Avtomobilin kuzovu Porsche 911 Turbo S Exclusive Series seriyasından olan sportkarların boyandığı Golden Yellow Metallic rənginə malikdir. Bu rəngdən salonun tərtibatında və parlaq qara  rəngli təkər disklərinin haşiyələrində də istifadə edilib. Porsche 911 Turbo Project Gold modeli 3,6-litrlik altı silindrli oppozit mühərriki ilə hərəkətə gəlir. Güc aqreqatı 450 at qüvvəsi hasil edir ki, orijinal mühərrikdə bu rəqəm 408 at qüvvəsinə bərabər idi. Mühərrik orijinal mexaniki ötürmələr qutusu və tam ötürməli çəkiş sistemi ilə tandemdə çalışır.

Bərpa edlmiş Porsche 911 modeli ümumi yollarda istismar edilə bilməz, lakin onu xüsusi treklərdə istifadə etmək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt