Porsche avtomobilləri Gran Turismo oyunlar seriyasında 2017-ci ildə peyda olublar və bu günə qədər onlar real həyatdakı avtomobillərin surəti olublar. Məsələn, götürək Porsche Taycan Turbo S sedanını... İndi isə, alman istehsalçısı tarixində ilk dəfə olaraq simulyator üçün real dünyada analoqu olmayan və olmayacaq virtual superkarı hazırlayıb.

Bütün bənzər layihələr kimi, Porsche şirkətinin məhsulu da Vision Gran Turismo (avtoistehsalçılar bu oyun konseptləri kolleksiyasını 2013-cü ildən başlayaraq mütəmadi olaraq zənginləşdirirlər) adlanır. Konsept PlayStation 4 və PlayStation 5 oyun konsonlarında çıxacaq Gran Turismo 7 seriyasında 4 mart 2022-ci il tarixində debüt edəcəkdir.

Virtual Porsche superkarı ortamühərrikli görünüşə malik olsa da, lakin xəyali kresloların arxasında heç bir daxili yanma mühərriki yoxdur – yeni superkar elektrokar olaraq düşünülüb. Onun qapıları da yoxdur – salona giriş açılan günbəz vasitəsi ilə həyata keçirilir.

Eksteryer dizaynında Taycan modelinə (fənərlər və hava girişləri) və 911 sportkarına (arxadakı işıqlanan Porsche yazısı) istinadlar mövcuddur. Superkarın interyeri yalnız “veqan” materialları ilə tərtib edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Şirkətdən dizaynerlərin heç bir qaydalarla məhdudlaşdırılmadıqlarını və bunun gələcəkdə real avtomobillərdə tətbiq edilməsinə yol açan əlavə imkanları yaratdığını bildiriblər. Bununla belə, oyunçularən ixtiyarına təkcə “bərkgedən” dizaynın deyil, həm də hissiyyatları gücləndirən funksionalın təqdim olunacağı vəd edilib: bu, kontrollerdəki, əsl yarış avtomobili ilə qarşılıqlı əlaqəni təqlid edən hissiyatlı əks əlaqədir.      

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.