Porsche Taycan elektrik sedanı 2019-cu ildən buraxılır və yalnız indi xüsusi versiyaya sahib olub. Xüsusi nəşri, Porsche şirkətinin elə həmin 2019-cu ildə fəaliyyətə başlamış özəl mərkəzi olan Hokkenhaymrinq yarış trekinin 90 illik yubileyinə həsr ediblər.

Xüsusi nəşr Taycan sedanın ən yeni modifikasiyasına əsaslanır - bu, 598 at qüvvəli güc qurğusuna malik olan, 571 at qüvvəli Taycan 4S və 680 at qüvvəli Taycan Turbo modellərinin arasında yerləşən Taycan GTS sedanıdır. Elektromobilin kuzovunu və 21-düymlük Mission E Design disklərini xüsusi boz Stone Grey rənginə boyayıblar. Bundan başqa, Bronzite rəngli aksentləri və mərkəzi qapı sütunlarında yerləşən avtodromun sxematik təsviri olan “90 Hokkenheimring Edition” embelemlərini əlavə ediblər. Əyləc supportları qara rəngdirlər.

Porsche Exclusive Manufaktur bölməsinin mütəxəssisləri salonu Island Green rəngində tikişləri olan qara dəri ilə üzləyiblər. Bir sıra dekor elementləri də eyni rəngdədirlər. İnteryer tərtibatında açıq məsamələri olan paldao ağacından və Bronzite rəngində olan dekordan istifadə olunub. Tərtibatı yubiley loqotipinin yol səthinə proyeksiyası və xüsusi dizaynlı açar tamamlayır.

Texniki cəhətdən dəyişiklik yoxdur. Güc qurğusunun hasilatı ilə yanaşı, Taycan GTS ailənin digər üzvlərindən asının tənzimləmələri, süni səs generatoru, böyüdülmüş əyləc diskləri və standart avadanlıq siyahısı ilə seçilir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Porsche Taycan GTS Hockenheimring Edition modelinin alıcıları avtomobillə yanaşı, Hokkenhaymrinqə baş çəkərkən bir sıra üstünlükləri əldə edəcəklər. Onların arasında iki illik pulsuz elektrik yüklənməsi və Porsche həvəskarlarının aylıq toplantıları zamanı güzəştli parklanma var.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.