İkinci nəsil Panamera liftbəki yeddi il davam edən konveyer həyatından sonra, yerini varisinə verməyə hazırlaşır. İndi formal olaraq liftbəkin üçüncü nəsil təqdim edilib, lakin əslində bu, 2016-cı ildə işıq üzü görmüş Panamera modelinin modernləşdirilməsinin nəticəsidir: elektromobillərə keçid ərəfəsində avtomobil istehsalçıları getdikcə daha çox daxili yanma mühərriki olan avtomobillərin təkamülü yolunu seçirlər. Porsche şirkəti də istisna deyil.

Panamera modelinin üçüncü nəsli beşqapılı kuzovun əvvəlki karkasını saxlayıb. Buna baxmayaraq, xarici kuzov panelləri dəyişdirilib. Dizaynerlər arxa sütunlardakı əlavə yan pəncərələrin formasını dəyişdirərək və beşinci qapıdakı şüşənin çərçivəsini gizlədərək (şüşənin özünün sahəsi daha böyük oldu) liftbekə sedan cizgiləri verməyə çalışıblar.

Avtomobilin eni (1937 millimetr) və hündürlüyü (1423 millimetr) dəyişməyib, uzunluğa gəlincə isə, yeni liiftbək sələfini cəmi 3 millimetr üstələyir. İndi baza liftbəkinin uzunluğu 5052 millimetr, uzun təkər bazası olan Executive versiyasının isə, 5202 millimetr təşkil edir.

Optika tamamilə yenidir: arxa tərəf boyunca uzanan “qaş” artıq eyni qalınlığa malikdir, ön tərəfdə isə, standart təchizata daxil olan matrisa fənərləri quraşdırılır. Əlavə ödəniş müqabilində 600 metrə qədər “vuran” HD matrisa (hər fənərdə 32 min piksel) fənərlərini sifariş etmək mümkündür. Ənənəyə əsasən, Turbo indeksini daşıyan versiyalar cütlənmiş LED “ülgücləri” və fərqli dizaynı olan bir qədər ön bamper ilə seçilirlər.

İnteryer artıq Taycan elektrik sedanından və yenilənmiş Cayenne krossoverindən tanış olan Porsche Driver Experience arxitekturasından istifadə etməklə hazırlanıb. Ön paneldə günəşliksiz 12,6-düymlük əyri cihazlar paneli var, əlavə ödəniş müqabilində isə, ön sərnişin üçün multimedia sisteminin fərdi 10,9-düymlük displeyini quraşdırmaq olar. Ən maraqlısı odur ki, avtomobil hərəkətdə olan zaman, yalnız bu displeydə video izləmək mümkündür.

Transmissiyanın selektoru mərkəzi tuneldən ön panelə keçib və bununla da xırda əşyaların saxlanc yerləri üçün məkan boşaldılıb. Klimat-kontrolun blokunda bir neçə analoq tumbleri var, lakin düymələrin əksəriyyəti sensorludur.

Cayenne modelində olduğu kimi, sükan çarxının solunda yerləşən mühərriki işə salma dəstəyi öz yerini adi düyməyə verib. Arxa oturacaq cərgəsi standart olaraq iki sərnişin üçün nəzərdə tutulub və qızdırılır.

Asqı sisteminin arxitekturası (öndə iki köndələn, arxada beş qolu olan asqı) əvvəlki kimi qalsa da, şassi geniş miqyaslı dəyişiklikləri əldə edib. Panamera modelində artıq yaylı asqı olmayacaq, bundan sonra baza versiyası adaptiv amortizatorları (onların geri qaytarma və sıxılma üçün ayrıca klapanları var) və iki kameralı pnevmodayaqları olan PASM (Porsche Active Suspension Management) şassisi ilə təchiz ediləcək.

Yeri gəlmişkən, ikinci nəsildə üç kameralı prevmoballonlar quraşdırılıdı. Əlavə ödəniş qarşılığında, əvvəlki kimi, arxa təkərlər üçün dönmə mexanizmini də sifariş etmək mümkündür.

Əsas yenilik - opsional Porsche Active Ride şassisidir. O, 48 voltluq elektrik sisteminə bağlıdır, ona görə də, yalnız hibrid versiyalar üçün əlçatandır. Ancaq bu tamölçülü aktiv asqıdır! Bütün amortizatorlar elektrik nasosu vasitəsilə vahid hidravlik sistemə qoşulub: elektronika hər bir dayağı idarə edə və nəinki kuzovun yol səhtindəki mövqeyini tarazlaşdıra bilər, həmçinin dalışlar və yana əyilmələr ilə mübarizə aparır, hətta döngələrdə “əks əyilməni” təmin edə bilir.

Yeri gəlmişkən, Panamera modelinin aktiv asqısında pnevmobalonlar bir kameralıdırlar. Məqsəd - çəkini azaltmaq üçündür.

Hibridlərə gəlincə, yeni Panamera liftbəkinin dörd modifikasiyası təkmilləşdirilmiş E-Hybrid sisteminə malik olacaq, lakin onlardan hələlik yalnız biri təqdim edilib. Porsche Panamera Turbo E-Hybrid 519 at qüvvəli təkmilləşdirilmiş 4,0-litrlik V8 biturbo mühərrikinə malikdir: iki axınlı turbokompressor cütlüyünün əvəzinə indi iki tək axınlı turbokompressor var - bu, zərərli tullantıları və yüksək rejimlərdə yanacaq sərfiyyatını azaltmalıdır.

Dirsəkli val və porşenlər gücləndirilib, püskürtmə sistemindəki təzyiq 250-dən 350 bara, yanma kamerasındakı isə, 120-dən 140 bara qədər artırılıb.

Elektrik komponentlər də təkmilləşdirilib. Dartma elektrik mühərriki artıq 8-pilləli PDK “robotuna” tam şəkildə inteqrasiya olunub (bu, çəkini 5 kiloqrama qədər azaltmağa imkan verib) və onun maksimal hasilatı 136 at qüvvəsi və 400 Nm-dən 191 at qüvvəsi və 450 Nm-ə qədər artırılıb.

Nəticədə, hibrid sistem əvvəlki Turbo S E-Hybrid top versiyasındakı 680 at qüvvəsi 930 Nm-ə qarşı 700 at qüvvəsi və 870 Nm hasil edir. Dartma batareyasının (arxa kuzov çıxışında yerləşir) tutumu 14,1-dən 25,9 kilovat/saata qədər artırılıb. Elektrik rejimində hibrid liftbək 91 kilometr (WLTP) qət edə bilər. Hibrid rejimdə isə, tamötürməli hibrid 100 km/saata 3,2 saniyəyə sürətlənir və onun maksimal sürəti 315 km/saat təşkil edir.

Hibrid əlavəsi olmayan səkkizsilindrli versiya da çeşiddə qalmalıdır, ancaq belə versiya nisbətən “sərbəst” ekoloji standartları ilə seçilən bəzi bazarlar üçün nəzərdə tutulub. Hələlik, yalnız Panamera və Panamera 4 baza modifikasiyaları (müvafiq olaraq, arxa və tam ötürməli) təqdim olunub.

Onların 2,9-litrlik V6 biturbomühərriki V8 ilə eyni proqrama uyğun olaraq təkmilləşdirilib, nəticədə onun gücü 330-dan 353 at qüvvəsinə, fırlanma anı isə 450-dən 500 Nm-ə yüksəlib. Arxa ötürməli liftbək 100 km/saata 5,1 saniyəyə sürətlənir, onun maksimal sürəti isə, 272 km/saatdır. Tamötürməli avtomobilin göstəriciləri, müvafiq olaraq, 4,8 saniyə və 270 km/saatdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Üçüncü nəsil Porsche Panamera modeli gələn ilin martında Avropa bazarında satışa çıxmalıdır. Yeni liftbəkə sifarişlər artıq qəbul olunur və onun qiyməti də açıqlanıb: Almaniyada baza versiyasının qiyməti 107 800 avrodan, Panamera 4 versiyasının - 111 900 avrodan, Panamera Turbo E-Hybrid liftbəkinin isə, 192 500 avrodan başlayır.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.