Porsche şirkəti İsveçrənin saat itehsalçısı TAG Heuer manufakturası ilə əməkdaşlığa başladığını elan edib. Bu əməkdaşlığın ilk bəhrəsi 6.050 dollara başa gələcək TAG Heuer Carrera Porsche Chronograph qol saatı olacaqdır.
TAG Heuer Carrera Porsche Chronograph saatı “asfalt effekti” olan siferblata sahib olub. Üç əlavə sayğac saniyə, dəqiqə və saatı ölçür, saat altı nişanında isə tarix pəncərəsi yerləşir. 44 millimetrlik saatda 80 saatlıq enerji ehtiyatı olan mexanizmdən istifadə edilir. Bunun sayəsində Carrera Porsche Chronograph müştərisinə bir neçə gün ərzində başqa saatlardan istifadə etməyə imkan verir. Bu müddət ərizndə Porsche saatı hələ də işləyəcəkdir.
Xronoqrafın arxasında, mərkəzi hissəsi üçqollu Porsche sükana bənzəyən saat mexanizmini izləməyə imkan verən şəffaf örtük yerləşir. Tərtibatçılara bildirdiyinə görə, yeni saat 1960-cı illəri xatırlatmalıdır: o zamanlar bir çox pilotlar TAG Heuer saatlarını taxırdılar, saat markasının özü isə müxtəlif yarışların sponsorluq edirdi.
TAG Heuer Carrera Porsche Chronograph iki versiyada təklif ediləcəkdir. Metaldan qayışı olan xronoqrafın qiyməti 6.050 dollara başa gələcəkdir. Dəri qayışlı versiyanın qiyməti isə, 5.850 dollar olacaqdır.