Porsche 911 Carrera RS 2.7 idman avtomobilinin təqdimatı 1972-ci ildə keçirilən Salon de l’Automobile sərgisində baş tutub. Model 911 idman avtomobilinin tarixindəki ilk Carrera modeli olub. İlkin olaraq, onun 500 nüsxəlik məhdud saylı tirajla buraxılması planlaşdırılırdı. Bunu sportkarın çıxış etməli olduğu Group 4 kateqoriyasının reqlamenti tələb edirdi.
Avtomobilin adı 1954-cü ildə keçirilmiş klassik Carrera Panamerica yarışına, “RS” indeksi isə onun yarış və ralli üçün hazırlandığına işarə edirdi. Məlum məsələdir ki, “2.7” rəqəmi mühərrikin iş həcmindən xəbər verirdi. Nəticədə, homologasiya modeli tarixin ən əfsanəvi Porsche modellərindən birinə çevrildi.
911 Carrera RS 2.7 sportkarının xarakterik cəhətləri “ördək quyruğu” kimi tanınan spoyleri və əsas rəngin təzadlı vurğularla tamamlandığı kuzovun iki rəngli boyanma sxemi idi. İdman ayaqqabılarında spoyler nəzərdə tutulmasa da, Puma x Porsche Suede RS 2.7 Limited Edition modelinin əsas cəhəti idman avtomobilinin üslubunda olan rəng sxemidir.
Məşhur idman avtomobilinin 50 illik yubileyinin qeyd etmək üçün, alman ayaqqabı şirkəti əsas olaraq məşhur Puma Suede modelini götürmək qərarına gəlib - bu model bir vaxtlar olimpiya atleti olan Tommi Smitin start nömrəsinin şərəfinə 307 cütdən ibarət olan tirajla buraxılıb. Yeni layihə iki məşhur markanı - Porsche və Puma brendlərini bir araya gətirib.
İdman ayaqqabıları 10 rəng birləşməsində mövcuddurlar və onların hər biri 911 Carrera RS 2.7 modelinin rəngini təkrarlayır: məsələn,Orange/Black və Grand Prix Whit/Black rəngləri yalnız Hollandiya və Yaponiyada satışa çıxarılacaqlar. Puma x Porsche Suede RS 2.7 Limited Edition bu il bazara hər bir rəng üçün 500 cütdən ibarət tirajla buraxılacaqlar.
Hər bir Puma x Porsche Suede RS 2.7 Limited Editon idman ayaqqabısının alıcısı onunla birlikdə, Porsche markasının əfsanəvi irsi ilə şəxsən tanış olmaq üçün, Porsche muzeyinə pulsuz giriş əldə edəcəkdir. Giriş 2022-ci ilin sonuna qədər qüvvədədir. Bir cüt idman ayaqqabısının qiyməti 120 avro olacaqdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.